Siyasət

  • 3 511

"Azərbaycanın gələcəyi YAP-ın siyasi xətti üzərində daha da inkişaf edəcək” ÖZƏL-MÜNASİBƏT

image

“Yeni Azərbaycan Partiyasının (YAP) fəaliyyət göstərdiyi 27 il ölkəmizin inkişafı, intibahı və müstəqilliyinin möhkəmlənməsi baxımından müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Təbii ki, bu inkişafın təməlində Ulu öndər Heydər Əliyevin qurduğu YAP-ın siyasi xətti dayanır. Bu gün də bu ideologiya, siyasi xətt Partiyamızın Sədri Prezident İlham Əliyevin rəhbərliyi altında çox uğurla davam etdirilir”. Bunu SİA-ya Milli Məclisin deputatı Azər Badamov YAP-ın 27 illik fəaliyyəti barədə danışarkən deyib.Millət vəkili vurğulayıb ki, partiyanın yaranmasına qədər, müstəqillik illərində Azərbaycanda siyasi təşkilatlar formalaşmışdı, amma o təşkilatlar zamanın tələbi ilə ayaqlaşa biləcək gücə sahib deyildi: “Eyni zamanda həmin təşkilatlar Azərbaycan xalqının maraqlarına cavab verə bilmədilər. YAP isə bu illər ərzində göstərdi ki, artıq ümumxalq partiyasına çevrilib. Sıralarında 750 minə yaxın üzv birləşdirən YAP bu gün Azərbaycanın siyasi məkanında lokomotivə çevrilib. YAP-ın fəaliyyəti ölkəmizdə həm siyasi, həm də iqtisadi sahə üçün əhəmiyyətli olub. Bununla Azərbaycanda siyasi sabitlik tam təmin olundu və bu gün ölkəmiz dünyada sabitlik imicini özündə formalaşdırıb. Həmçinin Azərbaycanın apardığı beynəlxalq siyasət də çox uğurlu olub. Bu illər ərzində Azərbaycan dünyada özünəməxsus yerə malik etibarlı tərəfdaşa, nüfuzlu ölkəyə çevrilib. Bütün bu qazanılan uğurlar siyasi arenada YAP-ın fəaliyyəti dövründə əldə edilib”.A.Badamov əlavə edib ki, iqtisadi məkanda uğurlarımız daha da genişdir: “Müstəqilliyin ilk illərindən başlayaraq Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyası bugünkü Azərbaycan iqtisadiyyatının inkişafının təməlini qoyub. Bu gün artıq ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində böyük addımlar atılır. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb, ölkəmizdə böyük sosial infrastruktur layihələr həyata keçirilib. 15 min kilometrdən artıq avtomobil yolları, dəmiryollarının yenidən qurulması istiqamətində görülən işlər, Cənub-Şimal, Şərq-Qərb nəqliyyat dəhlizləri Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi ölkəmizin iqtisadi potensialını kifayət qədər genişləndirib. Bu gün Azərbaycan dünya iqtisadiyyatında özünəməxsus ölkəyə çevrilib. Bu uğurları sadalamaqla bitməz, ona görə də qısa olaraq bildirirəm ki, YAP dünənin, bu günün və sabahın partiyası olaraq ümumxalq partiyasına çevrilib. Azərbaycanın gələcəyi YAP-ın siyasi xətti üzərində daha da inkişaf edəcək”.

sia.az

Digər xəbərlər