Siyasət

  • 4 227

Qurban Məmmədov qardaşının həbsini niyə istədi? ANALITIK

image

Müsavat və AXCP ilə yanaşı, ADP rəhbərliyi də saxta sənəd alverində ittiham olundu

Müsavat partiyası rəhbərliyinin miqrant alveri ilə bağlı ittiham olunması prosesi Avropada yaşayan müxalifət təmsilçiləri tərəfindən də müzakirə obyektinə çevrilib. SİA xəbər verir ki, “Azərbaycan Xalq Hərəkatı”nın (“AXH”) idarə heyətinin üzvü və parçalanmış qanadının İngiltərədəki təmsilçisi olan Qurban Məmmədov müsavatçılarla yanaşı, AXCP sədri Əli Kərimlini, eləcə də ADP sədri, doğma qardaşı Sərdar Cəlaloğlunu da bu kimi kirli məsələlərə bulaşdığını mətbuat vasitəsi ilə bəyan edib. Müstəqil qəzetlərdən birinə (“Yeni Müsavat”a) müsahibə verən Q.Məmmədov bir sıra kəskin ittihamlarda bulunaraq tələb edib ki, nəinki Müsavat və AXCP, eləcə də ADP rəhbərliyi məsuliyyətə cəlb olunmalıdırlar. Belə ki, bütün bu deyilənlər real faktlardır.
“Bir azdan görəcəksiniz ki, Almaniyadakı əməliyyatları Fransada, Hollandiyada da başlayacaqlar”
“Bundan bir müddət qabaq efirdə özüm də “mühacir biznesi” haqda danışmışam, belə hallar olduğunu, saxta yolla sığınacaq alanların olduğunu bildirmişəm” xatırlatmasını edən Q.Məmmədov onu da etiraf edib ki, şəxsən ona ayrı-ayrı vaxtlarda saxta mühacirlərlə bağlı məlumatlar daxil olub. Lakin o, qarşıda daha ciddi faktların ortaya çıxacağını da istisna etməyərək, saxta mühacir və sənəd alverçilərinin Avropanın digər ölkələrində də ifşa olunacaqlarını istisna etməyib: “Söhbət saxtakarlıqdan gedir. Bir azdan görəcəksiniz ki, Almaniyadakı əməliyyatları Fransada, Hollandiyada da başlayacaqlar”.
“Arif Hacılı çoxdan istefa verməli idi və bu işlərlə əlaqədar cinayət işi başlamalıydı”
Digər bir sıra müxalifət funksionerləri kimi, Q.Məmmədov da A.Hacılınnı istefa vermək məcburiyyətində olduğunu bildirib. Baxmayaraq ki, Müsavat başqanı konfrans keçirib və həmin tədbirində ona və ətrafına qarşı guya ki, saxta ittihamların irəli sürüldüyünü desə də, faktlar onun dediklərinin üzərindən çarpaz xətlər çəkir. Daha dəqiq desək, A.Hacılı əslində dalana dirndiyinin fərqindədir. Bu baxımdan, “Arif Hacılı çoxdan istefa verməli idi və bu işlərlə əlaqədar cinayət işi başlamalıydı”, deyən Q.Məmmədiv əlavə edib ki, burada söhbət şəbəkədən getmir, sadəcə, Almaniya Müsavat Partiyasına verilib, Fransa və Hollandiya isə AXCP-yə. Onun iddiasına görə, hətta bəzi QHT-lər də bu kimi saxtakarlıq işləri ilə məşğuldur.
“Hətta özlərini erməni kimi təqdim edənlər var”
“AXH” təmsilçisi hazırda yaşadığı İngiltərədə də saxta yolla miqrant statusu almış insanların yaşadıqlarını bildirib. “İngiltərədə də 100 faiz var. Məsələn, bir dəfə Qurban Məmmədov adlı adam mənim adımdan sığınacaq istəmişdi”, deyə o öz müsahibəsində qeyd edib: “Ümumiyyətlə, Azərbaycandan Avropaya 800 minə qədər miqrantın getdiyi deyilir. Onlar guya siyasi mühacirdirlər, hansısa təzyiqlərlə üzləşiblər. Əgər ölkədə 800 min mühacir olubsa, Azərbaycan belə vəziyyətdə ola bilməzdi. Deməli, həmin adamlar saxta yolla gəliblər. Hətta deyim ki, özlərini erməni kimi təqdim edənlər var. Bəzi QHT-lər və diplomatik korpusların nümayəndələri təqdimatlar veriblər ki, guya Azərbaycanda yaşayan ermənilərdir, onlara ölkədə təzyiqlər olub, buna görə gəliblər”.Beləliklə, sözügedən məsələ günlər keçdikdə daha da aktuallaşır və göründüyü kimi, artıq radikallıqları ilə seçilən müxalifət nümayəndələri belə, baş verənləri istisna etmir, əksinə, saxta mühacir, yaxud miqrant biznesinin görünməyən tərəflərini ictimailəşdirirlər. Bütün bunlardan sonra isə, Q.Məmmədovun hətta qardaşı - ADP sədri Sərdar Cəlaloğlunu da bu məsələlərdə günahlandırması isə artıq düşərgədə vəziyyətin nə qədər gərgin olduğunu göstərir.

sia.az

Digər xəbərlər