Siyasət

  • 4 246

YAP Göyçay rayon təşkilatı partiyanın yaradılmasının 27-ci ildönümü münasibətilə tədbir keçirib

image

Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə Göyçay rayonunda tədbir keçirilib.

Öncə tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.
Tədbirdə Yeni Azərbaycan Partiyasının yaranması və keçdiyi şərəfli yol haqqında video çarx nümayiş olunub.
Sonra çıxış edən YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov qeyd edib ki, bu gün xalqımızın həyatında əlamətdar, yaddaqalan, tarixi bir gündür. Məhz bu gün 27-il öncə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyası yaradılıb. S.Şükürov çıxışında partiyamızın keçdiyi böyük inkişaf yolu ilə bağlı fikirlərini bildirib.
Sonra Göyçay Rayon İcra Hakimiyyətini başçısı Mehdi Səlimzadə çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibəti ilə partiya üzvlərini təbrik edib. M.Səlimzadə Yeni Azərbaycan Partiyasının yaranma tarixindən geniş söhbət açaraq partiyamizin şərəfli yol keşdiyini deyib. Natiq qeyd edib ki, Ulu Öndərimiz Heydər Əliyev öz müdrüklüyü, bilik və bacarığı, siyasi fəaliyyətilə bugünkü müasir, müstəqil, qüdrətli Azərbaycanin əsasını qoyub. Ölkəmizin bugünkü inkşafına gəlib çatmasında Yeni Azərbaycan Partiyasının tarixi, siyasi fəaliyyəti böyükdür.
M.Səlimzadə qeyd edib ki, hazırda ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf dövrünü yaşayır. Bu prosesdə YAP üzvləri də fəal iştirak edirlər.
Tədbirdə həmçinin, YAP Göyçay rayon təşkilatı Gənlər Birliyinin sədri Tural Əhmədov,YAP Göyçay rayon təşkilatı tərəfindən bələdiyyə seçkilərinə namizədliyi irəli sürülmüş Nuranə Həbullayeva , Göyçay İdarəetmə və Texnologiya kollecində müəllimi Ləman Qədirova, partiya veteranı Şaban Osmanov və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, cəmiyyətində tutduğu mövqedən danışıblar.
Sonda YAP sıralara yeni qoşulmuş bir qrup gəncə partiya vəsiqələri təqdim olunub.

yap.org.az

Digər xəbərlər