“Rəhim Qazıyevin xəyanəti ucbatından Laçınla, Şuşa işğal edildi” RƏY-ÖZƏL

"Prezident İlham Əliyev Sumqayıtın 70 illiyi ilə bağlı keçirilən tədbirdə söylədiyi söyləməsi tamamilə doğrudur". Bunu SİA-ya açıqlamasında TOHGMİB-nın sədri Emin Həsənli deyib.Onun sözlərinə görə, indiki gənc nəsil o dövrdə baş verənləri tam şəkildə bilmir, amma biz isə hamımız o dövrü yaşamışıq və həmin adamları çox yaxşı tanıyırıq: "Demək olar ki, adları çəkilən şəxslərin heç birinin bacarığı, savad biliyi yox idi. Tamamilə doğrudur ki, 11 il aspirantura oxuyub bir elimi işi müdafiə edə bilməyən adam ölkədə birinci adam idi, bir müddət prezident səlahiyyətlərinə icra etdi və yaxud da Rəhim Qazıyev olsun, yəni Rəhim Qazıyevin heç bir hərbi təhsili, leytenant rütbəsi belə olmaylb, amma gəlib müdafiə naziri işləyirdi. Bir sözlə, bunların niyyəti o idi ki, əlində silahlı dəstələr olsun, bu dəstələr vasitəsi ilə də dövlət çevrilişi etsinlər. Bu cür naşı adamların üzündən bizim həm torpaqlarımız getdi, həm də nə qədər şəhidlərimiz oldu. Vahid komandanlığa əsaslanan ordu yaradılmamışdır. Demək olar ki, hər partiyanın bir siyasi dəstəsi var idi. Bu cür bacarıqsız, səriştəsiz adamlar hakimiyyətin başında idi və heç birinin də idarəetmə təcrübəsi yox idi. Yəni savad, təlim biliyi, vəzifə pilələrindən keçməmişdilər. O vaxtı Əli Kərimlinin yaşıdları müharibəyə səfərbər olunurdu və gedib döyüşürdülər, Ə. Kərimli isə hakimiyyətdə müxtəlif vəzifələri tuturdu və dövlət katibi vəzifəsini icra edirdi. Rəhim Qazıyevin xəyanəti ucbatından Laçınla, Şuşanın getməsini bu gün də Azərbaycan cəmiyyəti və hər kəs də bilir. Haqlı olaraq məhkəmə onu azadlıqdan məhrumetmə qərarı vermişdi. Ancaq Cənab Prezident humanistlik edərək onu əfv etdi, amma o da bundan nəticə çıxarmadı. Yeni nəsil o dövrdə nələr baş verdiyini bilmir, amma o dövrü yaşayan adamlar bilir, həmin dövrdə hərənin bir silahlı dəstəsi var idi, sabitlik yox idi, iqtisadi böhran var idi, insanların sabaha ümidi yox idi, yəni həmin vaxtlarda Azərbaycan ağır vəziyyətdə idi. Ulu Öndər Heydər Əliyev gəldi və Azərbaycanı qurtardı. Azərbaycan xalqı bir dəfə o insanlara inandı və meydanlara çıxdı, 20 yanvarda yenə də xalqı tək qoydular və 20 yanvar faciəsi törədildi, o hadisələr zamanı onların heç birinin burunu da qanamadı. Yadımdadır, R.Qazıyevin olduğu hərbi hissələrin birində 7 nəfər həlak oldu və sübutda olundu ki onu özü təşkil etmişdir. Ona tabe olmayan adamlar hamısı həlak oldu guya R.Qazıyev ayağından yaralandı, belə bir şoular təşkil edərək o vaxtı xalqın hissələri ilə oynayırdılar. Yəni bu adamların heç birinin burunu da qanamadı və nəticədə Azərbaycan torpaqları işğal olundu. Bir sözlə, siyasətdə, elmdən, idarəetmədən uzaq olan insanlar vəzifələrdə təmsil olunurdular. Belə qeyri peşəkarlıqda çox böyük problemlərə gətirib çıxartdı və bu problemlərin nəticəsində hakimiyyət böhranı ardınca dövlət böhranı yarandı və bütünlükdə Azərbaycan dövlətçiliyi əldən gedirdi. Yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan dövləti və xalqı xilas oldu".

sia.az