"İqtisadi müstəqillik, siyasi müstəqilliyin tərənnümçüsüdür" - MÖVQE

Bakı Dövlətin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə cənab Prezident İlham Əliyev bir çox mövzuda öz fikirlərini bildirib. Bunu SİA-ya açıqlamasında YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov deyib.Deputat bildirib ki, doğrudan da Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 17 faizini təşkil edir, bununla da ölkəmiz dünyada bu göstəriciyə malik 9-cu ölkədir: “Cənab Prezidentimiz hər zaman müstəqil iqtisadi siyasət aparıldığını və bu siyasətin əsasında müstəqil iqtisadiyyatın dayandığını deyib”.A.Hüseynov vurğulayıb ki, ölkənin müstəqil iqtisadi siyasəti onda tam müstəqil olur ki, hər hansı bir kənar faktorlardan asılı olmur: “Yəni, həm bizim valyuta ehtiyyatlarımızın kifayət qədər olması, həm də iqtisadi layihələrin müvəffəqiyyətlə həyata keçirilməsinə görə bu gün Azərbaycanın xarici kredit almağa bir o qədər də ehtiyacı yoxdur. Əslində Azərbaycan digər ölkələrə kredit verir, eləcə də investisiyalar qoyur. Bu isə bizim iqtisadi müstəqilliyimizin əsasını təşkil edir. İqtisadi müstəqillik isə öz növbəsində siyasi müstəqilliyin tərənnümçüsüdür”.

sia.az