Siyasət

  • 6 510

Ömər Eldarov: Nəsimi yaradıcılığında mübarizlik, vətənpərvərlik və ədalət başlıca yer tutur

image

“Ulu Öndərimiz Heydər Əliyev yaradıcı insanların böyük hamisi idi”. Bu fikirləri Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov bu gün YAP İcra Katibliyində “Nəsimi İli” çərçivəsində təşkil olunan gənc rəssamların sərgisində deyib.

Azərbaycanda mədəniyyət və incəsənət sahəsinə Ulu Öndər Heydər Əliyevin qayğısından danışan Ö.Eldarov bildirib ki, yaradıcı insanlarımız bu qayğını heç zaman unutmayacaq. “Sevindirici haldır ki, Prezidentimiz İlham Əliyev Heydər Əliyev yolunu layiqincə davam etdirir” deyən, akademik respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki xidmətlərindən də geniş bəhs edib.
Ö.Eldarov bildirib ki, Nəsimi yaradıcılığında mübarizlik, vətənpərvərlik və ədalət başlıca yer tutur. “Biz Nəsimi yaradıcılığını dərindən öyrənməli və sevməliyik” deyən, akademik diqqətə çatdırıb ki, bu sərgidə gənclərin təqdim etdiyi əsərlərdə Nəsimi ruhu, onun mübarizliyi öz əksini tapır.

yap.org.az

Digər xəbərlər