Siyasət

  • 3 662

"Səfər Azərbaycan-Rusiya münasibətlərinin inkişafına böyük töhfələr verəcək” ÖZƏL-MÜNASİBƏT

image

“Bu gün Azərbaycanla Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir". Bu fikirləri SİA-ya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.Deputatın sözlərinə görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri yüksəksəviyyəli münasibətlərimizin bariz ifadəsidir.S.Fətəliyeva bildirib ki, səfər çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Baş nazir Dmitri Medvedevlə görüşüb, eləcə də çoxsaylı tədbirlərdə iştirak edib. Onun sözlərinə görə, bütövlükdə, Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına səfər proqramı kifayət qədər zəngin olub. Azərbaycanın Birinci vitse-prezidentinin Rusiya Federasiyasına səfəri və səfər çərçivəsində keçirilən görüşlərdə səmimilik şəraitində müzakirə edilən məsələlərin geniş spektiri iki ölkə arasında mehriban qonşuluğu, tərəfdaşlığı və dostluğu əks etdirir.“Azərbaycanın qonşu dövlətlərlə xoş mərama əsaslanan siyasətinin müsbət təzahürlərini həmçinin Rusiya ilə münasibətdə görmək mümkündür. Azərbaycan və Rusiya həm yaxın qonşular, həm də mehriban dostlardırlar. Əlamətdar haldır ki, iki ölkənin münasibətləri getdikcə möhkəmlənir və zamanın dəyişən çağırışlarına uyğun olaraq yeni çalarlarla daha da zənginləşir. Azərbaycanla Rusiya arasında müxtəlif istiqamətləri əhatə edən münasibətlər onilliklər ərzində sınaqdan çıxan tarixi ənənələrə söykənir. Ümumiyyətlə Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır. Həyatın elə bir sahəsi yoxdur ki, Azərbaycanla Rusiya sıx əməkdaşlıq etməsinlər. Azərbaycanla Rusiya arasında əməkdaşlığın yüksələn xətlə inkişafına iki ölkənin dövlət başçıları arasında formalaşan dostluq münasibətlərinin rolunu xüsusi vurğulamaq lazımdır. Ölkələrimiz arasında siyasi dialoq yüksək səviyyədədir. İki ölkənin dövlət başçıları və yüksək səviyyəli rəsmiləri mütəmadi görüşlər keçirərək əməkdaşlığın müxtəlif aspektlərini müzakirə edirlər. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə 4, 2019-cu ildə isə 2 görüşü baş tutub. Azərbaycanla Rusiyanın dövlət başçıları arasında yüksək dinamizmi ilə fərqlənən siyasi dialoqun ruhuna uyğun olaraq iki ölkə arasında iqtisadi əlaqələr də adekvat şəkildə inkişaf edir. Mehriban xanım Əliyeva iqtisadi əməkdaşlığı Azərbaycanla Rusiya arasında ikitərəfli gündəliyin ən mühüm komponentlərindən biri kimi səciyyələndirib. Bütövlükdə, Mehriban xanaım Əliyevanın Rusiyaya rəsmi səfəri çərçivəsində siyasi, iqtisadi, humanitar, mədəni və digər sahələrlə bağlı geniş müzakirələr aparılıb. Hesab edirəm ki, bu səfər Azərbaycan-Rusiya münasibətlərinin inkişafına böyük töhfələr verəcək”-deyə, S.Fətəliyeva vurğulayıb.

yap.org.az

Digər xəbərlər