Siyasət

  • 3 729

"Xarici siyasət uğurlarımız həqiqətlərin dünyaya yayılmasına şərait yaradır” RƏY-ÖZƏL

image

“Prezident İlham Əliyev BDU-nun 100 illik yubileyində Azərbaycanın inkişafından danışarkən ölkəmizin xarici siyasət uğurlarından, eləcə də beynəlxalq nüfuzumuzun daha da artdığını vurğuladı. Bu uğurlardan biri Bakının artıq dünyada beynəlxalq tədbirlər keçirilən bir neçə şəhərdən birinə çevrilməsidir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Paytaxt Bakıda yüksək səviyyəli beynəlxalq görüşlərin keçirildiyini deyən politoloq qeyd edib ki, son günlərdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun və NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç arasında keçirilən görüşün məhz Azərbaycanda baş tutması ölkəmizin xarici siyasət uğurları ilə bağlıdır: “ Bu görüş həm də ölkəmizin yüksək beynəlxalq nüfuza malik olduğunu göstərən faktlardan biridir. Bununla yanaşı, Bakıda son illər ərzində çoxlu sayda beynəlxalq tədbirlər keçirilib ki, onların hər biri dünyadada gərginliyin azadılmasına xidmət edir. “Bakı prosesi” artıq dünya ölkələrinin leksikonuna düşən bir anlayışdır”.Onun sözlərinə görə, son iki ayda Azərbaycanın xarici siyasətində uğurların daha geniş miqyası əhatə edib: “Qısa müddət ərzində Türkdilli ölkələrin liderlərinin Zirvə görüşü, Dünya dini liderlərinin toplantısı, Prezident İlham Əliyevin “Valday”da çıxışı, Aşqabad sammiti və digərləri xarixi siyasət uğurlarımız sırasına daxildir. Lakin ən mühüm uğurlarımızdan biri Qoşulmama Hərəkatının Bakıda keçirilən toplantısı və Prezident İlham Əlyevin bu hərəkata sərdlik etməsi oldu. 120-dən çox ölkənin Azərbaycanın ərazi bütövlüyünün tanıması ilə bağlı yekun sənəd kfayət qədər böyük əhəmiyyətə malik idi. Bütün bunlar göstərir ki, Azərbaycanın xarici siyasət uğurları çoxdur və bu siyasət getdikcə Azərbaycan həqiqətlərinin dünyaya daha sürətlə yayılmasına şərait yaradır”.Prezident İlham Əliyevin çıxışı zamanı ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hüquqi, siyasi və digər cəhətlərdən mövqelərimizin möhkəmlənməsi ilə bağlı fikirlərinə toxunan Q. Hüseynli vurğulayıb ki, Azərbaycanın münaqişə ilə bağlı həqiqətlərinin dünyaya çatdırılması prosesi intensiv gedir: “ Artıq münaqişənin anatomiyası, onun tarixi kökləri ilə bağlı dünya xalqlarında, beynəlxalq təşkilatlara daha obyektiv fikir formalaşır. Bu isə problemin həlli ilə bağlı müəyyən nikbin rəylərin yaranmasına kömək edir. Bu səbəbdən də Azərbaycanın danışıqlar stolu ətrafında əli kifayət qədər güclüdür”.

sia.az

Digər xəbərlər