Siyasət

  • 3 263

"Prezidentin bütün çıxışları bizim üçün əsasdır və istiqamətdir" ÖZƏL-MÜNASİBƏT

image

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin bütün çıxışları önəmlidir və bütün çıxışları bizim üçün əsasdır, örnəkdir və istiqamətdir". Bunu SİA-ya açıqlamasında millət vəkili Hadı Rəcəbli deyib."Bu yaxınlarda Sumqayıtın 70 illiyi ilə bağlı yubiley mərasimində ölkə başçısının çıxışında bir neçə məqamlara xüsusi diqqət yetirildi. Bunlardan ən başlıcası o idi ki, son vaxtlar müxalif qüvvələr, xaricdə yaşayan bəzi eybəcər adamlar iftiralarla, yalanlarla dolu mətbuata hücumlar edirlər. Amma nə edəsən ki, bəzən kütlə psixologiyasına uyan adamlarımız da onlara inanmaq istəyirlər. Əlbəttə ki, bu kütləvi xarakter daşımır. Biz bunu hər dəfə təkzib edirik. Mənim üçün ən yadda qalan başlıca istiqamət ondan ibarət oldu ki, möhtərəm Prezidentimiz gənclərimizə müraciət etdi ki, belə hisslərə inanmasınlar, belə yalançı fikirlərə uymasınlar. Bunun üçün həm pedoqoji kollektivlər, həm də müəllimlərimiz, alimlərimiz böyük iş aparmalıdılar ki, cavanlarımızda bu həmin o yalana inanmaq hissini öldürsünlər. Mən dönə-dönə bunu öz təcrübəmdə görmüşəm ki, əvvəldən sonadək yalan olan bir fikri ortaya qoyurlar. O fikrə baxan 500 min adam olur. Amma onu təkzib edəndə, əsaslandırılmış şəkildə məlumatın yalan olduğunu deyəndə ona baxan olmur. Bu da bizim ən ağrılı tərəflərimizdən biridir. Bizim həm partiya əməkdaşlarımız, QHT-lər, həm də qurumlarımız bir daha bu istiqamətdə möhkəm iş aparmalıdırlar. Prezidentin çıxışı bizim gənclər üçün də, siyasi həmfikirlər üçün də baş istiqamətlərdən biri olmalıdır"-deyə, deputat fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər