Siyasət

  • 4 031

Tahir Rzayev: Prezident İlham Əliyev Azərbaycan xalqının gələcəyi uğrunda inamla mübarizə aparmaqdadır

image

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə söylədiyi nitqi bu günün reallıqlarını əks etdirmək, qiymətləndirmək və gələcək fəaliyyət istiqamətləri baxımından mühüm əhəmiyyətə malikdir. Dünyanın siyasi mənzərəsini, mövcud daxili və xarici siyasətimizin əsas istiqamətlərini, mədəniyyətimizin, təhsilimizin göstəricilərini, milli mənəvi dəyərlərimizin vacibliyini, insani münasibətlərimizin əhəmiyyətini özündə əks etdirən bu nitq ölkə rəhbərinin uzaqgörənliyinin, xalqa, Vətənə bağlılığının, gələcəyimizə inamın, müstəqilliyimizə sadiqliyin ifadəsidir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Rzayev deyib.T.Rzayevin sözlərinə görə, ölkə rəhbəri bir daha xatırlatdı ki, müstəqilliyimizin əbədiliyi və qorunması Azərbaycan xalqının öz iradəsindən, mübarizliyindən, fəallığından, mövqeyindən asılıdır və heç kim özümüz kimi bu yolda fədakarlıq göstərə bilməz. Belə də qənaətə gəlmək olar və bu bir həqiqətdir ki, Azərbaycan xalqı öz dövlətini özü qoruyub saxlamazsa, onu inkişaf etdirməzsə çətin gündə başqalarından kömək gözləmək əbəsdir.“Tarixin dərslərindən nəticə çıxarmağı, keçmişi öyrənməyi bir daha tövsiyə edən cənab Prezident dövlətin qorunması, inkişafı üçün vətəndaş həmrəyliyinin, elmlərə yiyələnməyin, təhsilli olmağın vacibliyinə önəm verməklə Azərbaycan gəncliyini sağlam, ağıllı, mübariz görmək arzusunda olduğunu bildirdi. O, insanlara, gəncliyə daxili və xarici bədxah qüvvələrin yalanlarına, şaiyələrinə uymamağı tövsiyə etdi, radikal müxalifətdə olanların əsl simasını açıb göstərdi və vətəndaşların onlara dəstək vermədiyini, bu qüvvələrin siyasi səhnədən silindiklərini aydın faktlarla göstərdi. Öz nitqində ailə dəyərlərinə, böyük-kiçik, müəllim, ağsaqqal, gənc nəslin tərbiyəsinə, Vətən, xalq təəssübkeşliyinə, mənəvi keyfiyyətlərə diqqət yetirən dövlət başçısı bir daha göstərdi ki, O, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu sədaqətlə həyata keçirir və Azərbaycan xalqının xoşbəxtliyi və gələcəyi uğrunda inamla mübarizə aparmaqdadır”-deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər