Siyasət

  • 4 084

Naqif Həmzəyev: Gənclərimizi ölkəmizin uğurlarına qara eynəkdən baxanlardan qoruyaq

image

Bu günün Azərbaycan gəncləri harada, hansı ölkədə yaşamasından asılı olmayaraq dünya xəritəsində yaşanan geosiyasi təlatümləri, regional siyasi dəyişiklikləri diqqətlə izləyirlər. Dünyada baş verən siyasi proseslərə analitik siyasi düşüncə tərzi ilə yanaşan gənclərimiz ölkə Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin alternativsiz olduğunu görür, Azərbaycan dövlətinin daxili və xarici siyasət sahəsindəki uğurlarını, dövlət Başçımızın beynəlxalq məsələlərdə tutduğu mövqe və bu istiqamətdə atılan addımları hər zaman dəstəkləyirlər.Təəssüflər olsun ki, internet üzərindən yayımlanan informasiya axınında neqativ hallarla, müharibə, zorakılıq, müxtəlif növ cinayətlərlə bağlı məlumatların geniş yer alması, sosial şəbəkələrdə, şou proqramlarında məişət problemlərinin qabardılması cəmiyyətin ictimai, sosial və mədəni həyatına geniş şəkildə sirayət etməsi bəzi gənclərin şüuruna mənfi təsir göstərir. Hər zaman pusquda duran antimilli qüvvələr isə sosial şəbəkələrin imkanlarından istifadə edərək, Azərbaycanın uğurlarına kölgə salmaq üçün məkrli planlarının reallaşdırılmasında gənclərdən istifadə etməyə cəhd edirlər. İnternet üzərindən dövlətə və xalqa qarşı düşmənçilik, xəyanət, satqınlıq, riyakarlıq, dərsi keçən Əli Kərimli, Cəmil Həsənli, Sevinc Osmanqızı kimiləri çirkin məqsədləri naminə Azərbaycan gənclərini düzgün yoldan çəkindirməyə, onları antimilli planlarına alət etməyə çalışırlar.Prezident İlham Əliyev noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasimdə iştirakı zamanı Azərbaycanda gənclərin tərbiyə işinə yeni müstəvidən baxılmasına toxunaraq qeyd edib ki, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var. Bizi istəməyən qüvvələr, o cümlədən erməni lobbi qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər, xüsusilə bu gün ki, azad internet mövcuddur. Azərbaycanda internet istifadəçilərinin faiz nisbəti 80-ni keçib. Azərbaycanda azad, demokratik cəmiyyət formalaşıb, azad media var. Ona görə istənilən yalanı ortalığa atmaq olar. Ondan sonra bu yalan ətrafında müzakirələr təşkil olunur, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beyinlərini zəhərləmək istəyirlər. Biz buna imkan verə bilmərik. Gənclər özləri də bilməlidirlər, tarixi yaxşı bilməlidirlər.Ölkəmizin uğurlarına, atılan addımlara qara eynəkdən baxan, düşmən dəyirmanına su tökənlər gəncləri sağlam düşüncədən, real yanaşmadan təcrid etməyə, onların beynini öz çirkin niyyətlərindən irəli gələn əsassız fikirlərlə zəhərləməyə çalışanlar unutmasınlar ki, ölkəmizdə Azərbaycan gənclərinin gələcəyini yüksək səviyyədə qurmaq üçün geniş imkanlar mövcuddur. Şəxsi ambisiyaları naminə gənclərimizi zəhərləyən siyasi oyunbazlardan, avantürasından qorumaq hər bir Azərbaycan vətəndaşının əsas vəzifəsi olmalıdır. Azərbaycançılıq ideologiyasına əsaslanan tərbiyədə təkcə təhsil işçiləri, təlim-tərbiyə sahəsində çalışan mütəxəssislər deyil hər kəs səfərbər olmalıdır. Gəlin, ölkəmizin daha da qüdrətli dövlətə çevrilməsi, çiçəklənməsi naminə sabahımız olan gəncliyimizi qoruyaq.

yap.org.az

Digər xəbərlər