Siyasət

  • 4 285

Sona Əliyeva: Azərbaycan dövləti öz dəyərləri üzərində inkişaf yolunu əsas prinsip kimi götürüb

image

"Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə bir çox məsələlərə diqqət çəkdi. Dövlət başçısının çıxışı gənclər üçün proqram xarakterli bir çıxış idi. Cənab Prezident vurğuladı ki, gənclər Azərbaycan tarixini yaxşı bilməlidirlər. Bugünkü inkişafımızın, dövlətçiliyimizin memarının Ümummilli Lider Heydər Əliyev olduğunu unutmamalıdırlar. Çünki sapı özümüzdən olan baltalar, xaricdəki qaranlıq qruplardan maliyyələşən radikal müxalifət indi gənclərin beynini zəhərləməyə çalışırlar". Bu fikirləri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, gənclər ölkədə aparılan düşünülmüş siyasi kursun memarlarını unutmaqla bağışlanmaz səhvə yol verə bilərlər.
"Biz xalq olaraq həmişə mənəvi və əxlaqi məsələlərə böyük önəm vermişik. Bu gün radikal müxalifət isə əxlaqsızlığı təbliğ edir. Eyni zamanda, əxlaqsızlığın, islamafobiyanın əsas təbliğatçıları olan Avropaya inteqrasiya etməyimizi istəyirlər. Biz buna gedə bilmərik. Bizim öz əxlaqi, mənəvi, əsrlərlə formalaşmış dəyər kodekslərimiz var. Azərbaycan dövləti öz dəyərləri üzərində inkişaf yolunu əsas prinsip kimi götürüb. Bu yolda da inamla irəliləyir. Qərbdən maliyyələşən radikal müxalifət isə bizi Avropa əxlaqsızlığına sürükləməyə çalışır. Nə dövlətimiz, nə cəmiyyətimiz buna imkan verə bilməz. Gənclərimiz də həmin dairələrin sərsəmləmələrinə uymamalıdırlar. Radikal düşərgənin onların beyinlərini yumalarına imkan verməməlidirlər. Bizim əxlaqımızda qadınlara xüsusi diqqət və hörmət kodeksləri mövcuddur. Qadınlaımız dövlət idarəetməsində təmsil olunur. Biz Qərbin aparıcı ölkələrindən, hətta Amerika Birləşmiş Ştatlarından əvvəl qadınlara seçib-seçilmək hüququ vermişik. Bu mənada bizim dəyərlərimiz Avropadan daha zəngindir. Ona görə də biz əxlaq kodekslərini ayaqlar altına atmış Qərbə inteqrasiya edə bilmərik"-deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər