Siyasət

  • 3 587

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında gənclərlə görüş keçirilib

image

Noyabrın 28-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında gənclərlə görüş keçirildi.Görüşdə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illiyi ilə əlaqədar keçirilən mərasimdə bir çox məsələlərə diqqət çəkdiyini bildirdi. O qeyd etdi ki, dövlətimizin başçısının nitqi gənclər üçün proqram xarakterli idi. Prezident İlham Əliyev vurğuladı ki, gənclər Azərbaycan tarixini yaxşı bilməlidirlər. Bugünkü inkişafımızın, dövlətçiliyimizin memarının Ümummilli Lider Heydər Əliyev olduğunu unutmamalıdırlar. Azərbaycan Prezidenti dövlət müstəqilliyimizin əbədi və toxunulmaz olduğunu gənclərin diqqətinə çatdırdı.“Xaricdəki qaranlıq qruplardan maliyyələşən bəzi şəxslər indi gənclərin beynini zəhərləməyə çalışırlar. Biz xalq olaraq həmişə mənəvi və əxlaqi məsələlərə böyük önəm vermişik. Bizim öz əxlaqi, mənəvi, əsrlərlə formalaşmış dəyər kodekslərimiz var. Azərbaycan dövləti öz dəyərləri üzərində inkişaf yolunu əsas prinsip kimi götürüb, bu yolda da inamla irəliləyir” - deyə, Ş.Hacıyev qeyd etdi.Görüşdə çıxış edən gənclər Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət barədə fikirlərini bildirdilər. Onlar Azərbaycanda dövlət tərəfindən gənclərə xüsusi diqqət yetirildiyini vurğuladılar və buna görə dövlətimizin başçısına minnətdarlıq etdilər.Sonda Səbail rayon gəncləri adından cənab Prezident İlham Əliyevə müraciət qəbul olundu.

yap.org.az

Digər xəbərlər