“Hərbi münaqişələr üçün bu əməkdaşlıq çox önəmlidir” ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri, Azərbaycan-Rusiya münasibətlərinə kifayət qədər müsbət təkan verib". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.Onun sözlərinə görə, səfər çərçivəsində konkret danışıqlar, əldə olunmuş razılıqlar iki tərəfli münasibətlərin bazasını təşkil edir. Burada bir çox investisiya lahiyələri ilə bağlı bir sıra fikir mübadiləsi aparılıb.Politoloq həmçinin qeyd edib ki, səfər çərçivəsində, ikitərəfli iqtisadi, regionlararası münasibətlər müzakirə olunub və bu sahədə konkret qərarlar qəbul olunub: "Eyni zamanda, təhlükəsizliklə bağlı son aylar ərzində əlaqələrin sıx inkişafı onu göstərir ki, Rusiya üçün Azərbaycan, eyni zamanda Azərbaycan üçün Rusiya təhlükəzilik üçün əsas tərəfdaşlardan biridir. Bizim bu həssas regionumuzda gedən çox ciddi prosseslər, hərbi münaqişələr üçün bu əməkdaşlıq önəmli rol oynayır. Və bu imkan verir ki, biz növbəti prosseslərin təsirindən maksimum sığortalana bilək".

sia.az