Siyasət

  • 3 249

"Əhalinin sosial müdafiəsi 2019-cu ildə xeyli güclənib" ÖZƏL-MÜNASİBƏT

image

"2017-ci ildə iqtisadi sahədə atılan addımlar 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə təkan verdi. Sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından 2019-cu il əvvəlki illərdən fərqləndi". Bunu SİA-ya millət vəkili Pərvin Kərimzadə deyib.Deputatın sözlərinə görə, ilin əvvəlindən başlayaraq sosial-iqtisadi sferada baş verən köklü və sistemli dəyişikliklər ölkə başçısının cari il ərzində təqdim etdiyi iki sosial paket əhalinin maddi durumunun yaxşılaşmasına xidmət etdi: "Bir-birinin ardınca atılan sosial paketlər yüksək səviyyədə reallaşması ölkədə sosial inkişafı, sosial rifahın yüksəldilməsini təmin etdi. Təkcə 2019-cu ildə minimum əməkhaqqı və sosial müavinətlər iki dəfə, minimum pensiya 70 faiz artırıldı, iki sosial paketin əhatə dairəsi 4,2 milyon vətəndaşı əhatə etdi.İqtisadi sabitləşmə ilindən böyük sosial islahatlar dövrünə addımlayan Azərbaycanda həyata keçirilən müstəqil siyasət, dərin islahatlar, yüksələn reytinq, kompleks islahatlar, möhkəm iqtisadi təməl 2020-ci ildə inkişafın davamlılığına təkan verdi. Prezident İlham Əliyevin yeni iqtisadi strategiyasının formalaşdırdığı möhkəm təməl sayəsində Azərbaycan müstəqillik tarixində ən böyük büdcə layihəsinin hazırlanmasına zəmin yarandı. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramının icrasına başlayarkən Azərbaycan 1,8 milyard dollar valyuta ehtiyatlarına sahib idisə, son 15 ildə bu ehtiyatlar 27-28 dəfə artırılıb. Bu da büdcə xərclərinin 39,5 faizinin sosial sahəyə ayrılmasına, yəni sosial müdafiə xərclərinə ayrılan vəsaitin 31,3 faiz artırılmasına səbəb olub.2020-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri üçün 8402,3 milyon manat vəsait nəzərdə tutulub. Ən əsası isə dövlət büdcəsi ölkənin regionlarının sosial-iqtisadi inkişafı, regionlarda yaşayan əhalinin əmək vərdişlərinə uyğun iqtisadi fəaliyyət sahələrinin dirçəldilməsinə şərait yaradacaq. Belə ki, 2020-ci ildə 200 minə yaxın yeni iş yerinin yaradılması məşğulluq probleminin həll edilməsinə yeni təkan olacaq. Nəzərə alsaq ki, yeni iş yerlərinin böyük əksəriyyəti regionlarda açılacaq, bu ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımların bəhrəsinin sübutu, dövlətin iqtisadi qüdrətinin yüksəlməsinin daha bir təzahürüdür".

sia.az

Digər xəbərlər