Siyasət

  • 3 636

"Bu gün Azərbaycan demokratik inkişaf yolunu seçir və Heydər Əliyev yolu ilə gedir” ÖZƏL-MÜNASİBƏT

image

"1991-93-cü illərdə müstəqilliyimizin iki ili çox təəssüf ki, Azərbaycan tarixi üçün itirildi. Həmin dövrdə hazırlıqsız, Azərbaycanın problemlərini həll etmək üçün proqramı olmayan siyasi qruplar hakimiyyəti zəbt etdilər. Xüsusilə də AXC-Müsavat siyasi birliyi Azərbaycanın inkişafı və həmin dövr problemin həlli üçün çox böyük səhvlər buraxdılar". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Deputatın sözlərinə görə, bu səhvlər hazırlıqsızlıqdan, eyni zamanda siyasəti öyrənmək istəməməyindən, xalqdan aralı düşmələrindən irəli gəlirdi: "Onların siyasəti Azərbaycanı Ermənistanın işğalı qarşısında zəifləməsi, torpaqlarımızın itirilməsi, Silahlı Qüvvələrimizin vaxtında vahid komandanlıq altında yaradılmamasına gətirib çıxardı. Həmçinin Azərbaycanın demokratikləşməsi müsbət demokratik təcrübənin öyrənilməsi qarşısında da AXC-Müsavat birliyi böyük sədd çəkdilər. Həmin dövrdə onların əsas məqsədi Ulu Öndər Heydər Əliyevin böyük siyasətə qayıdışını istənilən yolla əngəlləməkdən ibarət idi. Ancaq bununla belə tarix öz sözünü dedi və onların üstlərindən qara bir xətt çəkdi. Heydər Əliyev hakimiyyətə gəlməklə Azərbaycan tarixində bir inkişaf, bir intibah dövrü başlandı. Bu gün vaxtilə hakimiyyətdə olan AXC-Müsavat nümayəndələri xalqı həmin dövrü unutdurmağa, özlərini demokratik bir qüvvə kimi qələmə verməyə çalışırdılar. Hesab edirəm ki, xalq onların səvlərini, buraxdığı nöqsanları ən əsası isə indiyədək də antimilli mövqedə durmaqlarını unutmayıb. Bu gün Azərbaycan demokratik inkişaf yolunu seçir və Heydər Əliyev yolu ilə gedir”.

sia.az.

Digər xəbərlər