Siyasət

  • 3 667

Bahar Muradova: "Hər üç namizəd müvəkkil olmağa layiqdir"

image

“Milli Məclisin İnsan Hüquqları Komitəsi müvəkkilin seçilməsi üçün Milli Məclisə Prezident tərəfindən seçilən namizədlərə baxıb, rəy verib. Biz komitənin 22 noyabr iclasında məsələyə baxmışıq və komitə üzvlərinin hər biri çıxış etməklə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında məsələ müzakirə olunub”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova Parlamentin bu gün keçirilən plenar iclasında qanun layihəsi müzakirə olunarkən deyib.O bildirib ki, təqdim olunan namizədlər cəmiyyətdə kifayət qədər tanınan, tərcümeyi-halı zəngin olan insanlardır: “Onların hər biri şəxsi keyfiyyətlərinə görə, bu vəzifəni tuta bilərlər. Namizədlər həm qanunda nəzədə tutulan tələbləri yerinə yetirə biləcək, eləcə də ictimai-siyasi həyatda hörmət və nüfuz sahibinə malik insanlardır. Bu təqdimat və onların yaşı, keçdiyi həyat yolu bu gün Azərbaycanda həyata keçirilən siyasətə, yeniləşmə ruhuna tam uyğundur”.B.Muradova söyləyib ki, məsələ komitənin iclasında müzakirə edilərkən Ombudsmanın institutunun keçdiyi, vətəndaşların həyatında oynadığı yol, beynəlxalq aləmdə həyata keçirdiyi fəaliyyət müzakirə olunaraq, institutun etimadı doğrulduğu qeyd olunub: “Bir sözlə biz bu qənaətə gəldik ki, hər üç namizəd müvəkkil olmağa layiqdirlər. Kimin seçilməsindən asılı olmayaraq Ombudsman institutunun gələcək fəaliyyətinə uğurlar arzu edirik”.

sia.az

Digər xəbərlər