Siyasət

  • 3 357

Bu gün Azərbaycanda sabitlik formalaşıb və hökm sürür. Özəl -Münasibət

image

Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyev BDU-nun 100 illik yubileyi ilə bağlı təşkil olunmuş tədbirdə olduqca əhəmiyyətli tezislərlə çıxış etib. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.O, bildirib ki, çıxışı zamanı Prezident Azərbaycanda ənənəvi müxalifətin olmaması, özünü müxalifət adlandıran ayrı-ayrı qrupların hakimiyyətə can atması, əslində satqınçılıq fəaliyyəti ilə məşğul olan qrupların olması ilə bağlı fikirlər səsləndirib: “Eyni zamanda, qeyd olunub ki, siyasi ünsürlər hər dəfə, Qırğızstanda, Ukraynada, Gürcügüstanda inqilabi prosseslər yaşanarkən, Azərbaycanı növbəti hədəf seçməyə çalışırdılar. Hətta şüarlar yazırdılar, şüarlarda Gürcüstan, Qırğızıstan, Ukrayna və 4-cü ölkə olaraq, Azərbaycanı seçmişdilər. Azərbaycan xalqı onlara yox dedi, çünki xalq onların niyyətini çox gözəl dərk edirdi. Onların əsl niyyəti xalqı xaosa, anarxiyaya sürükləmək idi. Məqsəd öz xarici havadarlarının diqtəsi altında olan bir Azərbaycan formalaşdırmaq və onu idarə etmək istəyi idi. Lakin onların bütün arzuları gözlərində qaldı.Deputat həmçinin bildirib ki, cənab Prezident tədbir çərçivəsində qeyd edib ki, bizdə olan dəqiq məlumata görə, anti-Azərbaycan qüvvələrinin xarici havadarları belə, onlara xarici dəstəklərini xeyli məhdudlaşdırıb. Bu səbəbdən də, lazımı heç bir maliyyə dəstəyi almadığından çabalamaqdadırlar. Həmin anti-Azərbaycan beynəlxalq siyasi əlaqələri indi də üzünü gənclərə tutublar və çalışırlar ki, gəncləri aldatsınlar, onları yolundan azdırsınlar. Cənab Prezident bundan öncə də qeyd etmişdi ki, Azərbaycan gəncliyi savadlı, bilikli və səfərbər gənclikdir və heç bir zaman belə anti-Azərbaycan siyasi dairələrin əlində alət olmayıb, bundan sonra da olmayacaq. Əksinə, bu gün Azərbaycan gəncliyi, sabaha baxır, sabah isə Azərbaycanın bugünkü inkişafından keçir.E.Nəsirov sonda vurğulayıb ki, Prezident bu çıxışı ilə bir daha təsdiqdlədi ki, bu gün Azərbaycanda həqiqətən də sabitlik formalaşıb və hökm sürməkdədir.

sia.az

Digər xəbərlər