Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilib.
Qol.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxıb. Ağdam klubu İspaniya səfərində qrup lideri “Sevilya”nın qonağı olub və 0:2 hesabı ilə uduzub.
Qrupun digər oyununda isə APOEL “Dedelanj”ın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.
Bu nəticələrdən sonra Qurban Qurbanovun komandası qrupda qalıb. Ağdam təmsilçisi son turda qalib gəlsə, Nikosiya klubu uduzsa belə, şəxsi oyunlardakı üstünlüyə görə APOEL qrupu 2-ci pillədə başa vuracaq.
5-ci tur
A qrupu
00:00. “Sevilya” (İspaniya) – “Qarabağ” (Azərbaycan) - 2:0
Qollar: Brayan Gil, 61, Dabbur, 90+2
Baş hakim: Məhəmməd Əl-Hakim
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu
00:00. “Düdelanj” (Lüksemburq) – APOEL (Kipr) - 0:2
Qollar: Matiç, 12-pen, Merkis, 43
1. Sevilya 5 5 0 0 14:2 15
2. APOEL 5 2 1 2 9:8 7
3. Qarabağ 5 1 1 3 7:10 4
4. Düdelanj 5 1 0 4 7:17 3
sia.az