Siyasət

  • 3 137

"Yeni çağırışlar parlamentin yeniləşməsini zəruri edib”

image

“Azərbaycanda Nazirlər Kabinetində, idarətetmə orqanlarında, dövlət həyatının bütün sahələrində həyata keçirilən kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsi, parlamentin yeniləşməsini zəruri edib”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin növbəti plenar iclasında çıxış edərkən deyib.Spiker deyib ki, bildiyiniz kimi Yeni Azərbaycan Partiyası noyabrın 28-də Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkinin keçirilməsi haqqında müraciət edərək iclas çağırmasını xahiş edib: “Biz bu gün həmin məsələni müzakirə etmək üçün yığışmışıq. Milli Məclisin qanunvericiliyə uyğun olaraq məsələni müzakirə edərək. qərar qəbul etmək səlahiyyətləri var. Bu baxımdan da bugünkü iclasın gündəliyinə bir məslə daxil edilib ki, bu da Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsidir”.

sia.az

Digər xəbərlər