"Aparılan parlament islahatları eyni zamanda cəmiyyətin sosial sifarişidir" ÖZƏL-MÜNASİBƏT

"Son dövrlərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar hakimiyyətin digər qollarında olduğu kimi, qanunverici orqan olan parlamentdə də islahatların aparılmasını zəruri edirdi". Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.Deputat qeyd edib ki, Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirdə Prezident dövlətin və xalqın qarşısında duran problemlərdən, müasir qlobal çağırışlardan, islahatların daha da genişləndirilməsi, ideoloji işin yeni formatda aparılmasının zərurəti barədə proqram xarakterli çıxış etdi: "Təbii ki, bu tapşırıqların icrasını təmin etmək üçün müasir tələblərə cavab verən gənc nəslin dövlət idarəetmə sisteminə, qanunvericilik proseslərinə cəlb olunması zamanın tələbidir. Etiraf etmək lazımdır ki, son dövrlər Milli Məclisin ayrı ayrı üzvləri , bəzi hallarda bütövlükdə parlament müəyyən tənqidlərə məruz qalırdılar. Bu baxımdan demək olar ki, aparılan parlament islahatları eyni zamanda cəmiyyətin sosial sifarişidir. Vətənimiz üçün uğurlu olsun".

sia.az