Siyasət

  • 3 821

Fəzail İbrahimli: "Parlamentə bu müstəvidən yanaşmaq doğru deyil"

image

Vətəndaş Həmrəyliyi Partiyasının Milli Məclisdəki təmsilçisi Fəzail İbrahimli mətbuatda parlamentin fəaliyyət göstərə bilməməsi ilə bağlı səslənən fikirləri tənqid edib. SİA-nın xəbərinə görə, deputat bunun kökündən yanlış olduğunu vurğulayıb.O bildirib ki, Parlamentə bu müstəvidən yanaşmaq doğru deyil: "Çünki biz bütün məsələlərdə monolit olmuşuq və ölkə başçısına dəstək vermişik. Bəs sual olunur ki, nə üçün parlament buraxılır? Ona görə ki, bu gün dövlət strukturlarında dəyişikliklər baş verir, buna görə də qanunverici hakimiyyət bundan kənarda qalmamalıdır. Bəzən KİV-lərdə kimlərinsə uğursuz çıxışlarının parlamentin buraxılmasına əsas verdiyini bildirirlər. Bu, yanlışdır. Burada kifayət qədər intellektual insanlar var”.

sia.az

Digər xəbərlər