"YAP bu təşəbbüsü ilə siyasi davranış nümunəsi ortaya qoydu"

“Son dövrlərdə Azərbaycanda bir sıra sahələri əhatə edən islahatlar həyata keçirilir. Bu islahatlar bütün sahələrdə yeniliklərə, inkişafa imkanlar yaradır”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.O bildirib ki, bütün sahələrdə həyata keçirilən yeniləşmədən parlament də kənarda qala bilməz: “Bu baxımdan Yeni Azərbaycan Partiyası dövlətçilik maraqlarından çıxış edərək, Milli Məclisin buraxılması ilə bağlı müraciət edib”.S.Qafarova qeyd edib ki, Yeni Azərbaycan Partiyası öz təşəbbüsü ilə siyasi mədəniyyət, davranış nümunəsi ortaya qoydu: “Öz fəaliyyətində hər zaman yeniliklərə açıq ola YAP bu gün daha bir ilkə imza atdı və bu addımın xalqımızın üçün xeyrli olacağına inanıram”.

sia.az