Siyasət

  • 3 634

“Növbədənkənar parlament seçkilərinin keçirilməsi təqdirəlayiq haldır” RƏY-ÖZƏL

image

"Yeni Azərbaycan Partiyasının təklifi ilə növbədənkənar parlament seçkilərinin keçirilməsi təqdirəlayiq haldır". Bunu SİA-ya açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib.Onun sözlərinə görə, bu gözlənilən idi: "Radikal müxalifət düşərgəsini təmsil edən şəxslərin parlament seçkilərinin keçirilməsi barədə qərara qərəzli yanaşması və sosial şəbəkələrdə şər-böhtan xarakterli fikirlər səsləndirmələri onların müstəqil mövqedə olmadıqlarını göstərir. Müxalifət təmsilçiləri qorxurlar ki, bu seçkilərdə müvəffəqiyyət qazana bilməsinlər. Yəni onları narahat edən əsas məsələ uğur qazanmaq şanslarının sıfıra bərabər olsun. Yoxsa sözügedən qüvvələrin özləri, parlamentin buraxılmasını tələb edər və seçkilərin keçirilməsini istəyərdilər. İndi nə oldu nəyə görə siz müxalifət bu cür hay-küy qaldırırsınız? Adama deyərlər bu da meydan, qatılın seçkilərə və nəyə qadir olduğunuzu nümayiş etdirin. Amma indidən tam əminliklə demək olar ki, müxalifəti seçki uğursuzluğu gözləyir. Çünki, cəmiyyətdə social dayaqlara malik deyillər. Digər tərəfdən xalqın nifrətini qazanıblar".

sia.az

Digər xəbərlər