Siyasət

  • 4 906

YAP Tərtər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına uğurla start verildi

image

Bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP tərəfindən namizədlikləri irəli sürülmüş bələdiyyə üzvlüyünə namizədlərlə Hacıqərvənd və Yuxarı Sarıcalı-Düyərli kənd bələdiyyələri üzrə görüş-mitinq keçirilib. Hər iki kənddə görüşdə yığıncağı YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov açaraq, bələdiyyələrin son 5 ildəki fəaliyyətlərindən, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlardan, Azərbaycan xalqının sosial-rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən siyasətin müsbət nəticələrindən və cari ildə keçiriləcək bələdiyyə seçkilərində YAP-ın nazmidələrinin şəksiz qələbə çalacaqlarına əmin olduğunu bildirib: "1993-cü ildən hakim partiya kimi fəaliyyətdə olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın qüdrətlənməsi üçün ardıcıl siyasət yeritdiyindən, ümumxalq partiyasına çevrilmiş və bu mənada, onunla rəqabət apara biləcək ikinci bir siyasi qüvvə yoxdur".Görüşdə YAP Tərtər rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvlərindən Hacıqərvənd kəndinin sakinlərindən Rasim Əliyev, Sitarə Xəlilova, Mehman Mehdiyev, Yuxarı Sarıcalı-Düyərli kənd sakinlərindən Tahir Əliyev, Əzizə Cəfərova, Südabə Quluyeva, Tahir Əliyev və başqaları da çıxış edərək, 23 dekabrda bələdiyyə seçkilərinin şəffaf və demokratik qaydada keçirilməsi üçün görüləsi işlərdən danışıblar.

R.KAMALQIZI

Digər xəbərlər