Siyasət

  • 2 962

"Biz islahatların nə qədər intensiv aparıldığının şahidi olduq" ÖZƏL-MÜNASİBƏT

image

"Ümumiyyətlə 2018-ci il prezident seçkilərində cənab Prezident İlham Əliyev islahatlar dövrü elan etdi. Biz prezident seçkilərindən sonra həmin islahatların nə qədər intensiv keçirilməsinin şahidi olduq. Çünki hər bir sahədə həmin islahatlar baş verirdi". Bunu SİA-ya YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib."Əgər bu gün biz dövlətimizin davamlı inkişafını və siyasi, sosial stabilliyinin təmin olunmasını həqiqətən hərtərəfli mənada istəyiriksə, burada yenə də Yeni Azərbaycan Partiyası iqtidar partiyası olaraq öz siyasi mədəniyyətini, böyüklüyünü və müasir tələblərə uyğun olmasını bir daha nümayiş etdirdi. Düşünürəm ki, YAP Siyasi Şurasının qərarı və təşəbbüsü təkcə özünün opponentlərə yox, ilk növbədə özünə nə qədər tələbkar olmasından, nə qədər modernləşmə nöqteyi-nəzərdən ölkədə gedən proseslərə yanaşmasından, həmin islahatların hərtərəfli şəkildə təmin olunmasına dəstək verməsindən irəli gəlir. Bu gün sosial sahədə, idarəçilik sahəsində islahatlar gedir və kadr islahatları baş verir. Həmçinin biz məhkəmə-hüquq sistemində islahatların baş verməsini qeyd edə bilərik. Həmin islahatlardan kənarda qalmamaq məqsədilə parlament də bura daxil olmalıdır. Milli Məclisdə ölkədə parlamentin buraxılması ilə bağlı qərar qəbul edildi və Prezidentə müraciət olundu. Burada təkcə YAP-ın üzvü olan deputatlar deyil, həmçinin müstəqil deputatlar, parlamentdə təmsil olunan müxalif partiyalar da YAP-a dəstək olaraq öz mövqeyini bildirdilər. Əgər biz həqiqətən də dövlətimizin daha intensiv şəkildə inkişafını təmin etmək istəyiriksə və bu proseslərdə bilavasitə iştirak etmək istəyiriksə, təbii ki, bu gün belə qərarların qəbul edilməsi çox önəmlidir”-deyə, deputat fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər