Siyasət

  • 3 499

Qubada təbliğat-təşviqat kampaniyası uğurla davam edir

image

23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədar, Quba rayonunda Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, "Xalq üçün" devizi ilə təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Dünən YAP Quba rayon təşkilatı bu kampaniya çərçivəsində rayonun Qəçrəş və Zərdabi inzibati-ərazi dairələri üzrə seçicilərlə görüş keçirilib. Görüşdə 250 nəfərə yaxın seçici iştirak edib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Yusif Abidov bələdiyyə seçkilərindən, bu seçkilərlə əlaqədar indiyə qədər görülmüş işlərdən, dövlətimizin yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə olan yüksək diqqət və qayğısından, eləcə də, gələcəkdə bələdiyyələrin qarşısında duran vəzifələrdən danışıb.
Tədbirdə çıxış edən Zərdabi qəsəbəsində yerləşən Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Meyvəçilik- Çayçılıq Elmi-Tədqiqat İnistitutunun direktor müavini Vahid Əliyev, Qəçrəş kənd sakinləri Babayev Fikrət, Xanməmmədov Həzrətqulu qeyd ediblər ki, 23 dekabr bələdiyyə seçkilərində kənd seçiciləri yüksək fəallıqla iştirak edəcəklər. Yeni Azərbaycan Partiyasının layiqli namizədlərini dəsətəkləyəcəklər.
NƏZAKƏT

Digər xəbərlər