Siyasət

  • 3 922

YAP Binəqədi rayon təşkilatında ölkə Prezidentinin BDU-nun 100 illik yubiley mərasimindəki çıxışında gənclərə ünvanlanan məsələlərin müzakirəsinə həsr olunmuş tədbir keçirilib

image

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında ölkə Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş mərasimdə çıxışı zamanı gənclərə ünvanlanan məsələlərlə bağlı qarşıya qoyulan vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir dövlət başçısı İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş mərasimdəki çıxışından bəhs edən videoçarxın nümayiş etdirilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə əldə edilən mühüm uğurlardan biri kimi, ölkəmizin təhsil sisteminin inkişafına mühüm töhfələr vermiş BDU-nun yaradılması olduğunu bildirib. R.Göyüşovun sözlərinə görə, 1990-cı illərin əvvəlində yenicə müstəqillik qazanmış ölkəmiz ciddi problemlərlə - xaosla və vətəndaş müharibəsi ilə üzləşib: "1993-cü ilin oktyabr ayında xalqın yüksək səs çoxluğu ilə ölkə Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev uğurlu xarici və daxili siyasətlə, dərin islahatlarla dövlətimizin və xalqımızın əmin-amanlığını, inkişafını təmin edə bildi. Dövlət başçısı İlham Əliyev BDU-nun 100 illik yubiley mərasimində, məhz bu məsələlərə toxunaraq, bütün gəncləri ayıq-sayıq olmağa və tariximizi daha yaxşı öyrənməyə oxumağa, təhlil etməyə səsləyib".
Millət vəkili Kamaləddin Qafarov çıxışında ölkə Prezidenti İlham Əliyevin yubiley mərasimindəki çıxışı zamanı səsləndirilən olduqca mühüm fikirlərə diqqət yönəldib, onları gənclərin nəzərinə çatdırıb: "Tarixin bütün dövrlərində xalqımız gərgin ictimai-siyasi proseslərlə qarşılaşıb. Çox təəssüflər olsun ki, xalqımıza qarşı xəyanəti təkcə ölkəmizi istəməyən xarici qüvvələr deyil, həmçinin, Azərbaycanda hakimiyyətdə olan səriştəsiz hakimiyyət nümayəndələri ediblər. Xalqımız, gənclərimiz o insanlara qarşı öz mövqeyini daim ortaya qoyub, bundan sonra da qoymalıdır. Bu gün ölkəmizin müstəqil, azad və firavan şəraitini pozmağa heç bir qüvvəyə imkan verilməməlidir. Bəzi xarici ölkələr Azərbaycanı öz tabeçiliyinə, öz təsiri altına almaq istəyir. Lakin dövlət başçısının qətiyyəti və uğurlu xarici siyasəti qarşısında aciz vəziyyətə düşürlər. Məhz bu baxımdan, ölkəmizə müxtəlif qarayaxmalar edərək, ciddi problemlər yaratmağa, parçalamağa və bölməyə cəhd göstərirlər".
Tədbirdə YAP Binəqədi rayon təşkilatının gənc fəalları, Bakı Dövlət Universitetinin tələbəsi Nəzrin İmanova, Zəhra Əliyeva çıxış edərək, bildirib ki, YAP-ın dövlətçilik naminə atdığı hər bir addımını, səmərəli fəaliyyətini dəstəkləyir və onun bütün uğurlarına sevinirlər. Bildiridib ki, yubiley tədbirində ölkə Prezidenti universitetin yarandığı dövrdən bu günə qədər keçdiyi çətin və şərəfli yoldan, nəinki ölkəmizin, həmçinin, universitetin inkişafı naminə bu yolda silinməz iz qoyan Ulu Öndər Heydər Əliyevin dəstəyindən söz açdığını, tariximizlə bağlı bir çox maraqlı faktları xatırlatdığını və tələbələrə öz tövsiyələrini verdiyini diqqətə çatdırıb.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər