Siyasət

  • 4 790

YAP Binəqədi rayon təşkilatında bələdiyyə üzvlüyünə namizədlərlə görüş keçirilib

image

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında dekabrın 23-də keçiriləcək Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP tərəfindən irəli sürülmüş Binəqədi rayonu Binəqədi Bələdiyyəsi üzvlüyünə namizədlərin seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri, YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov vətəndaşların seçib-seçilmək hüququ konstitusiya ilə müəyyən olunan ən müstəsna hüquqlardan biridir: «Artıq seçicilər öz gələcək taleyini özləri müəyyən edir, müxtəlif seçkili orqanlarda təmsil olunacaq nümayəndələrini seçməklə, həm də həmin qurumlarda öz maraqlarının müdafiəsini təmin etmiş olurlar. Onlar inandıqları, etimad göstərdikləri namizədləri seçərək, onlar qarşısında istənilən məsələ ilə bağlı təkliflər irəli sürür və bununla da, onların həllinə müvəffəq olmuş olurlar. Sonra rayon təşkilatının sədri namizədlərə tövsiyələrini verib.»
Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin üzvü, Binəqədi rayon icra hakimiyyəti yanında ictimai şuranın sədri Aslan Mehdiyev bildirib ki, Yeni Azərbaycan Partiyası bütün fəaliyyəti dövründə daim xalqla bir olub, onun inkişafı və tərəqqisi yolunda əzmlə çalışıb. Son illərdə ölkə Prezidenti, YAP-ın Sədri Cənab İlham Əliyevin həyata keçirdiyi və müxtəlif sahələrdə mühüm dəyişikliklərə səbəb olan bu islahatlar xalqımıza olan sevginin bariz nümunəsidir. O, seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Bələdiyyə üzvlüyünə namizədlər Mürsəl Eminov və Aysel Əlizadə çıxış edərək vurğulayıblar ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətlə cəmiyyətimizdə demokratik ənənələr daha da möhkəmləndirilib. Bildirilib ki, əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də YAP təmsilçiləri qələbə qazanacaqlar. Daha sonra namizədlər seçiciləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməyə dəvət ediblər.
Görüşün sonunda seçicilərin çoxsaylı sualları cavablandırılıb.
ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər