Siyasət

  • 4 448

Ağsuda səhiyyə işçiləri ilə növbəti görüş keçirilib

image

YAP Ağsu rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun səhiyyə işçiləri ilə növbəti görüş keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov bildirib ki, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkiləri ilə bağlı apardığı işləri təhlil edərkən, belə qənaətə gəlmək olur ki, respublikada keçirilən bütün seçkilər, o cümlədən, bələdiyyə seçkiləri demokratik prinsiplər əsasında keçirilir: "Biz dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində səhiyyə işçilərinin yaxından iştirak edəcəklərinə əminik. Prezident İlham Əliyevin bütün sahələrdə, o cümlədən səhiyyə sahəsindəki islahatların davamlı şəkildə həyata keçirilməsində bələdiyyələr də, artıq öz sözünü deməkdədir".Sonra YAP Ağsu rayon təşkilatının qərargah üzvləri Məlahət İbrahimova və Leyla Rüstəmzadə çıxış edərək, bələdiyyə seçkilərində iştirak edəcəklərini və seçkilərdə YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər