Siyasət

  • 4 450

Yeni Azərbaycan Partiyası "Xalq üçün" devizi ilə seçki təbliğatına start verdi

image

23 dekabrda ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.Rayonun Qaraqullar, Muşavaq, Yuxarı Daşkəsən qəsəbə və Xoşbulaq kəndlərində seçicilərlə keçirilən görüşdə Seçki Qərargahının üzvlərindən Sərdar Xıdırov, Müşviq Hüseynov, YAP Daşkəsən rayon təşkilatı gənclər birliyinin sədri Kənan Bayramov və başqaları çıxış edərək, seçiciləri bələdiyyə seçkilərində aktiv iştirak etməyə çağırıblar. Natiqlər, əmin olduqlarını bildiriblər ki, ölkəmizdə keçirilən bütün seçkilərdə uğur qazanan YAP bu seçkilərin də qalibi olacaq.Tədbirdə YAP-ın bu gün bələdiyyə seçkilərinə "Xalq üçün" devizi ilə getdiyini, bu seçkilərin də qalibi partiyanın namizədləri olacaqları bildirilib.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər