Siyasət

  • 4 482

Bələdiyyə seçkilərinin təbliğat-təşviqat tədbirləri ilə əlaqədar olaraq YAP Hacıqabul rayon təşkilatında gənclərlə görüş keçirildi

image

Bələdiyyə seçkilərinin təbliğat-təşviqat tədbirləri ilə əlaqədar olaraq YAP Hacıqabul rayon təşkilatında gənclərlə görüş keçirildi.

Görüşdə millət vəkilləri Kamran Bayramov və Şahin İsmayılov iştirak edirdi.
Tədbiri YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov açaraq rayon təşkilatının gördüyü işlər barədə məlumat verdi, qarşıda gələn bələdiyyə seçkisinin əhəmiyyətindən danışdı, eyni zamanda, ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq gənclərin idarəetmə orqanlarında və seçki prosesindəki iştirakının atdığını qeyd etdi. Hafis Bəşirov əlavə olaraq bildirdi ki, Hacıqabul rayon ərazisində 15 Bələdiyyə fəaliyyət göstərir. Bu Bələdiyyələrin ümumilikdə 145 üvü vardır. Yeni Azərbaycan Partiyası Hacıqabul rayonunda olan 145 Bələdiyyə üzvü yerinin hər birinə öz namizədlərini irəli sürmüşdür. Namizədlərin 63 nəfərini gənclər təşkil edir.
Millət vəkili Kamran Bayramov çıxış edərək artıq ölkəmizdə bələdiyyə institutunun formalaşdığını bildirdi və bu sahədə görülən işlərdə gənclərin böyük rolunun olduğunu qeyd etdi.
Millət vəkili Şahin İsmayılov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən danışdı və qeyd etdi ki, bu gün gənclərə böyük etimad göstərilir.
YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin sədri Firdovsi İbrahimov və YAP Hacıqabul rayon təşkilatı Qadınlar Şurasının sədri Zeynəb Yunuslu çıxış etdilər.
Çıxış edən bütün natiqlər gəncləri bələdiyyə seçkisində fəal olmağa, seçki günü seçki məntəqələrinə gəlib Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdılar.

yap.og.az

Digər xəbərlər