Siyasət

  • 3 529

Qusarlılar YAP-ın bələdiyyə seçkilərdə uğur qazanacaqlarına əmindirlər

image

Ölkəmizdə 23 dekabr tarixində keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Dünən Qusar şəhərində qadın seçicilərlə görüş keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, YAP Siyasi Şuranın üzvü, təşkilatın sədri David İbramxəlilov bu seçkilərdə bələdiyyəyə namizədlərin tərkibində qadınların və gənclərin sayının əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırıb. O, seçiciləri bələdiyyə seçkilərində fəallıq göstərməyə və partiyanın namizədlərinə səs verməyə çağırıb.
Qusar bələdiyyəsi üzvlülüyünə namizədlər Neva Abdurahmanova, Zalikə Qayibxanova və Firuzə Qazimətova seçicilər qarşısında çıxış edərək, Yeni Azərbaycan Partiyasının qarşıdakı bələdiyyə seçkilərində də böyük qələbəyə imza atacağına qeyd edərək, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliklərinin irəli sürüldüyünə görə minnətdarlıqlarını bildiriblər. Namizədlər partiyanın onlara göstərdiyi etimadı doğruldaraq, səlahiyyətləri çərçivəsində, sakinlərin problemləri ilə yaxından tanış olacaq, bu problemlərin öhdəsindən gələcəklərinə söz veriblər.
Görüşdə çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının layiqli namizədlərinə səs verəcəklərini bildirdilər.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər