Siyasət

  • 3 147

İlham Məmmədov: Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə səhiyyənin inkişafında yeni mərhələ başlayacaq

image

“Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə səhiyyənin inkişafında yeni mərhələ başlayacaq”. Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.İ.Məmmədov bildirib ki, icbari tibbi sığorta bütün dünyada səhiyyənin maliyyələşməsinin və idarə edilməsinin ən optimal və sınaqdan çıxmış modelidir. Onun sözlərinə görə, icbari tibbi sığortaya keçid Azərbaycan üçün labüddür.“Bir neçə ildir ki, tibbi sığorta ilə əlaqədar pilot layihələr həyata keçirilir. Əvvəlcə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, daha sonra publik hüquqi şəxs yaranıb, qanunlara xeyli sayda dəyişiklik edilib. İcbari tibbi sığorta pilot layihə kimi 3 rayonda fəaliyyət göstərir. Bununla bağlı çox gözəl təcrübə və nəticələr var. Gələn ildən artıq Azərbaycanın bütün ərazisində mərhələli şəkildə icbari tibbi sığorta fəaliyyətə başlayacaq. Azərbaycan üçün kifayət qədər uğurlu bir model seçilib. Burada bir çox dünya ölkəsinin təcrübəsi toplansa da, sırf Azərbaycan modelidir, heç bir ölkənin 100 faizlik istifadə edilən modeli deyil. Burada Azərbaycan reallığı, əhalinin məşğulluğu, əməkhaqqı gəlirləri, ölkədə tibbin problemləri, üstünlükləri və s. bir sıra nüanslar nəzərə alınıb. Təbii ki, ilk başlayan vaxtlarda hansısa çətinliklər, problemlər ortaya çıxa bilər. Amma bunlar hamısı həll olunası məsələlərdir”-deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər