Siyasət

  • 3 627

Şəki şəhərində qadın seçicilərlə görüş keçirilib

image

23 dekabrda ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində Şəki şəhərində qadın seçicilərlə görüş keçirilib.

Görüşdə seçki prosesi ilə bağlı görülən işlər barədə məlumat verilib, qarşıdan gələn bələdiyyə seçkilərinin əhəmiyyətindən danışılıb. Qeyd edilib ki, dövlətimizin uğurlu siyasətinin nəticəsi olaraq qadınların idarəetmə orqanlarında və seçki proseslərindəki iştirakı daim artır.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, cəmiyyətdə qadınların fəallığının artırılması nəticəsində onların seçkili orqanlarda da təmsilçiliyi yüksəlib: “Bu mənada, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də savadlı və layiqli qadın namizədlərin sayı kifayət qədərdir. Bu mənada Şəkidə də bələdiyyələrə partiyamız tərəfindən qadın namizədlər irəli sürülüb. Bu, qadınlara göstərilən etimaddır”.
Millət vəkili Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını və partiyanın Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verdiyini vurğulayıb.
Milli Məclisin deputatı Sona Əliyeva Azərbaycanda son 20 il ərzində bələdiyyə institutunun formalaşdığını və bu seçki prosesində də qadınların rolunun mühüm olduğunu bildirib. Millət vəkili, qarşıdan gələn bələdiyyə seçkilərində qadın namizədlərin say çoxluğunun iş prosesində və həyata keçiriləcək layihələrin müsbət nəticələrlə tamamlanmasında böyük rol oynayacağına əminliyini söyləyib və bütün namizədlərə uğurlar arzulayıb.
Millət vəkili deyib ki, bələdiyyə seçkiləri yerli demokratiyanın inkişafında vacib rol oynayır: “Təbii ki, Azərbaycan dünya üçün açıq ölkədir və keçirdiymiz seçkilər dünyada diqqətlə izlənilir. Azərbaycan hüquqi və demokratik dövlətdir və mükəmməl seçki sistemi mövcuddur. İnanırıq ki, bələdiyyə seçkiləri Azərbaycanda növbəti dəfə demokratiyanın təntənəsini ifadə edəcək”. S.Əliyeva seçiciləri partiyamızın namizədlərinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən seçicilər 23 dekabrda Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.

yap.org.az

Digər xəbərlər