Siyasət

  • 4 077

"İnkişafda olan Azərbaycanın memarı məhz Heydər Əliyevdir" RƏY-ÖZƏL

image

“Ulu öndər haqqında söz söyləmək həddindən artıq çətin və məsuliyyətlidir. Çünki, Ümummilli Lider Heydər Əliyev çox böyük şəxsiyyətdir”. Bu fikirləri SİA-ya açıqlamasında deputat Elman Məmmədov deyib.Son 200-300 il ərzində türk, müsəlman dünyasında çox az sayda tanınmış, görkəmli şəxsiyyətlərin olduğunu deyən deputat söyləyib ki, həmin şəxslərdən biri Ulu öndər Heydər Əliyevdir.O deyib ki, Ümummilli liderin həyat və fəaliyyəti, dövlətçilik nümunəsi ilə tarixə qızıl hərflərlə daxil olub: “ Ulu Öndər Heydər Əliyev hələ Təhlükəsizlik Xidmətində işlədiyi müddətdən azərbaycançılıq, dövlətçilik, ölkə dəyərlərinin qiymətini bilmək, onları üzə çıxarmaq, Azərbaycan tarixinə diqqətlə yanaşmaq məsələlərinə önəm verirdi”.E.Məmmədov vurğulayıb ki, 1969-cu ildə Azərbaycan Respublikasına rəhbər seçildiyi, SSRİ miqyasında yüksək vəzifədə çalışarkən, eləcə də müstəqil Azərbaycanın rəhbəri olduğu dövrdə Heydər Əliyev xalqımız, dövlətimiz üçün əvəzsiz işlər görüb: “Əgər Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkid, tələbi ilə yenidən hakimiyyətə qayıtmasa, Azərbaycana rəhbərlik etməsə idi, bu gün müstəqil Azərbaycan olmayacaqdı”.“Əgər o zaman Ümummilli lider olmasa idi xarici qüvvələr daxildəki əlaltılarının vasitəsilə ölkəmiz parçalanacaq, hətta yer üzündən yox olacaqdı. Çünki, artıq ölkədə vətəndaş müharibəsi baş verir, ölkə dağılır, artıq Azərbaycnıın olub-olmayacağı məsələsi gündəmə gəlmişdi. Lakin Heydər Əliyev ölkəni, eləcə xalqı bütün bu bəlalardan xilas etdi, Azərbaycanın dövlətçiliyi qorunub saxlandı”,- deyə deputat qeyd edib.Bugünkü müstəqil Azərbaycanın əsasının Ulu öndər tərəfindən qoyulduğunu deyən millət vəkili əlavə edib ki, hazırda inkişafda olan güclü ölkəmizin memarı məhz Heydər Əliyevdir.

sia.az

Digər xəbərlər