Siyasət

  • 4 743

Goranboylular bələdiyyə seçkilərində fəal iştirak edəcəklər

image

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki qərargahının Goranboy rayon şöbəsi tərəfindən bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası davam edir. “SƏS” qəzetinə verilən məlumata görə, təbliğat kampaniyası rayonun Səmədabad, Kəhrizli, Muzdurlar, Qazanbulaq qəsəbə, Borsunlu, Nadirkənd kəndlərində yüksək səviyyədə keçirilib.Növbəti təbliğat rayonun ucqar kəndi olan Rus Borisi və Aşağı Ağcakənd qəsəbəsində YAP tərəfindən namizədlikləri irəli sürülmüş namizədlərlə seçicilərin görüşü çərçivəsində baş tutub. Rus Borisi icması ilə birgə keçirilən görüşdə YAP Goranboy rayon təşkilatının sədri görüşdə çıxış edərək bildirdi ki, YAP tərəfindən Goranboy rayonu üzrə 47 bələdiyyəyə 403 namizəd irəli sürülüb və bu namizədlər 96 saylı Goranboy-Naftalan və 97 saylı Goranboy – Ağdam - Tərtər Dairə Seçki Komissiyaları tərəfindən qeydə alınıb.Elçin İsmayılov çıxışında Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizdə yerli özünüidarə orqanları olan bələdiyyələrin fəaliyyətinin genişlənməsi üçün müsbət şərait yarandığını bildirib. “2014-cü ildə bələdiyyə seçkilərindən indiki dövrə qədər bələdiyyələr bölgələrin abadlaşdırılmasında insanların problemlərinin həllində əhəmiyyətli işlər görmüşlər. YAP-nın bələdiyyələrdə təmsil olunan üzvləri onlara göstərilən etimadı yüksək qiymətləndirərək xalqla daha yaxın olmaqla sakinlərin istəklərinin nəzərə alınmasna kəndlərimizin müasirləşməsinə öz töhfələrini verməyə çalışmışlar”, deyə qeyd edən natiq vurğulayıb ki, bələdiyyələr ərazilərinin abadlaşdırılması işini qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirməlidir: “Yerli sakinlərlə sıx əlaqələrini daha da genişləndirməlidir. Ötən 5 il müddətində bələdiyyələrimiz nəzərəçarpacaq dərəcədə işlər görərək seçicilərinin hörmətini qazandığını və böyük təcrübə malik olduqlarını nəzərə çatdıraraq 23 dekabrda YAP tərəfindən irəli sürülmüş namizədlərin seçicilər tərəfindən yekdil dəstək alacaqlar”.Görüşdə iştirak edən təbliğat qrupunun üzvü Fizuli Almuradov çıxışında bildirib ki, hər seçkidə olduğu kimi bu seçkidə də YAP-nın namizədləri öz seçicilərinin dəstəyini alaraq bu bələdiyyə seçkisini də qələbə ilə başa vuracaqlar.Tədbirdə YAP tərəfindən Rus Borisi icması bələdiyyəsinin üzvülüyünə namizədliyi irəli sürülmüş Artyuk Veronika Vasilyevna və Korobkin Andrey Yuryeviç qeyd ediblər ki, Rus Borisi kəndində iki xalqın milləti mehriban və əmin-amanlıq içində və uzun illərdir birgə yaşayırlar. Azərbaycan tolerant ölkədir və bu reallıq mövcud dövrümüzdə də özünü bütün müsbət məqamları ilə sübuta yetirməkdədir. “Bura bizim doğma vətənimizdir”, deyən kənd sakinləri əlavə ediblər ki, onlar Azərbaycan vətəndaşı olmaqları ilə fəxr edirlər.Qeyd olunub ki, YAP tərəfindən 5 nəfər bələdiyyəyə namizədlər verilib ki, bundan da 2 nəfəri rus dilli xalqın nümayəndələridir. “5 namizədin 4 nəfəri qadındır. Qadınlarımız həmişə dövlətimizin diqqət mərkəzində olub. Bizə göstərilən bu etimada öz əməli fəaliyyətimizlə doğruldacağıq”, deyə bildirilib.Aşağı Ağcakənd qəsəbəsində keçirilən görüşdə çıxış edən YAP Seçki Qərargahı Goranboy rayon şöbəsinin üzvu Əzra Həşimova və Şahin Allahverdiyev bələdiyyələrin qarşısında duran vəzifələrdən danışaraq qeyd ediblər ki, rayonda bu seçki də uğurla keçəcək, seçicilər Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərə səs verərək onlara dəstək olacaqlar.Aşağı Ağcakənd qəsəbəsi bələdiyyəsi üzvlüyünə namizədliyi irəli sürülmüş Mayıl Əliyev, Sahib Kərimov və Altun Quliyev çıxış edərək onlara göstərilən diqqət və etimada görə öz minnətdarlıqlarını bildiriblər.

sia.az

Digər xəbərlər