Siyasət

  • 3 871

"15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb"

image

Dünya şöhrətli siyasi şəxsiyyət, görkəmli dövlət xadimi, bütün türk dünyasının iftixarı, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 35 il ərzində xalqın sosial rifah səviyyəsinin yaxşılaşdırılmasını, iqtisadi tərəqqinin dolğun şəkildə stimullaşdırılmasına yönələn islahatlar şəraitində eyni zamanda əhalinin etibarlı sosial müdafiəsi sisteminin yaradılmasını daim dövlət qarşısında əsas vəzifələrədn biri kimi müəyyən etmiş, bu sahədə mühüm və ardıcıl addımların atılmasını, ciddi irəliləyişlərin əldə olunmasını təmin etmişdir. Bunu SİA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.O qeyd edib ki, 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyinin bərpa edən Azərbaycanda o zaman baş verən mürəkkəb proseslər, siyasi hərc-mərclik, xaos və anarxiya nəinki müstəqilliyin itirilməsi, hətta ölkənin parçalanması və dünyanın siyasi xəritəsindən yox olması təhlükəsini ortaya çıxardı: "1993-cü ilin iyununda xalqın çağırışı ilə yenidən ölkəyə rəhbərliyə qayıdan Heydər Əliyev özünün təkrarsız siyasi dühası, yorulmaz fəaliyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində bu təhlükələrin aradan qaldırılması, müstəqil Azərbaycan dövlətçiliyinin xilas olaraq, uzunmüddətli inkişaf yoluna səfərbər olması təmin edildi. Ölkədə ictimai-siyasi və iqtisadi-sosial sabitlik yaradıldı, uğurlu daxili və xarici siyasət formalaşdırıldı, eyni zamanda güclü iqtisadiyyatın və güclü sosial siyasətin təməlləri qoyuldu.Ölkə iqtisadiyyatının dərin böhrandan çıxaran Ulu Önədrimiz xalqın maddi rifahının yaxşılaşdırılması, həssas qrupların, aztəminatlı vətəndaşların sosial ehtiyaclarının ödənilməsi, sosial təminat sisteminin güclənməsi üçün qətiyyətli addımların atılmasını təmin etdi. "Biz yaxşı bilirik ki, aparılan iqtisadi siyasət, həyata keçirilən islahatlar iqtisadiyyatı ümumən inkişaf etdirməklə yanaşı, aztəminatlı təbəqənin vəziyyətinə müəyyən qədər mənfi təsir göstərir. Ona görə də biz islahatlarımızın sosial yönümünə xüsusi fikir veririk və bundan sonra da bu, bizim diqqət mərkəzimizdə olacaqdır", - deyən Ümummilli lider Heydər Əliyev sosial müdafiə sisteminin ildən-ilə gücləndirlməsini təmin etmiş, nəticədə yeni iqtisadi münasibətlər sistemi yarandığı, sahibkarlığın inkişafına yönəlmiş islahatlar şəraitində əhalinin sosial müdafiəsi tədbirləri də geniş vüsət almışdır".F.Talıbov bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən, müstəqil Azərbaycanın ilk Konstitusiyasında da hər bir vətəndaşın rifahının yüksəldilməsi dövlət qarşısında əsas vəzifə kimi müəyyən edilmiş, vətəndaşlar üçün əmək və sosial müdafiə sahəsində beynəlxalq normalara uyğun hüquqlar təsbit edilmişdir: "Əsas Qanunun 16-cı maddəsinin 1-ci bəndində Azərbaycan dövlətinin hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qaldığı ən yüksək səviyyədə bəyan edilir.Konstitusiyada hər bir şəxsin əmək qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək, təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq, istirahət, sosial təminat və s. kimi ümumbəşəri normalar əskini tapır.Müstəqilliyin ilk illərində 1990-cı ilin 20 Yanvar faciəsinə əsl hüquqi qiymət verilməklə, "20 yanvar Şəhidi" fəxri adı təsis edildi. Həmin faciənin qurbanlarının sosial müdafiəsi sahəsində konkret addımlar atılmasına başlandı. Bu sahədə qanunvericilik aktları, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi qanunlar qəbul olundu. Şəhid ailələrinin maddi təminatının yaxşılaşdırılması, Azərbaycan Milli Qəhrəmanlarının və onlardan həlak olanların ailələrinə yardım edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müxtəlif fərman və sərəncamları imzalandı. İkinci dünya müharibəsi veteranlarına dövlətin qayğısı artırıldı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə 1994-cü ildə 9 May günü Azərbaycanda yenidən Qələbə günü kimi rəsmiləşdirildi. 1994-cü ildən əməyin ödənilməsinin minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına nail olundu. Pensiya, təqaüd və müavinətlərin məbləğinin əməyin ödənilməsinin minimum məbləğinə uyğunlaşdırılması işləri aparıldı.1994-cü ilin 20 sentyabrında “Əsrin Müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi və siyasi dividentlərinin yüksəlməsinə imkan verdi ki, iqtisadi artım əhalinin sosial müdafiəsi tədbirlərinin daha da gücləndirilməsinə təminat yaratdı. 1996-cı ildən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən vətəndaşların pensiya təminatının yaxşılaşdırılması, pensiya və müavinətlər, digər sosial ödənişlər üzrə dövlət büdcəsindən ayrılan vəsaitlərin mütəmadi artırılması üçün mühüm addımlar atıldı. 1997-ci ildə pensiyaçıların yarıdan çoxunun pensiyası məbləği 2,2 dəfə artdı, əlilliyi olanların, tənha və ahıl vətəndaşların, sosial pensiyaçıların pensiyalarına əlavə müavinətlər hesablandı. Bundan bir il sonra isə şəhid ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkünlərin pensiyalarının məbləği 2 dəfədən çox artırıldı, 2000-ci il yanvarın 1-dən pensiya və müavinətlərin ümumi məbləğinin minimum həddi 50 min manata çatdırıldı.Bu kimi tədbirlər ardıcıl xarakter aldı. Sosial pensiyaçıların pensiyalarına əlavə edildi, ayrı-ayrı sosial təminat növləri üzrə ödənişlərdə ildən-ilə ciddi artımlar edildi. Habelə pensiyaçıların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə pensiya qanunvericiliyində pensiyaların məbləğlərinin artırılması üçün dəfələrlə dəyişikliklər edildi.Yalnız onu qeyd etmək kifayətdir ki, 1997-2005-ci illərdə büdcədən xərclənən vəsaitlərin orta hesabla 50 faizdən çoxu əmək haqqı, pensiya və müavinətlərin verilməsinə istiqamətlənmişdi. Yoxsulluq probleminin həlli Ulu öndərin müdrik strategiyasının əsas məqsədlərindən biri idi. 2000-ci ilin sentyabrında Nyu-Yorkda BMT-nin təşkilatçılığı ilə keçirilən Minilliyin sammitində 147 ölkənin qoşulduğu Minilliyin Bəyannaməsini Azərbaycan Respublikası adından xalqımızın ümummilli lideri Heydər Əliyev imzalayıb. Bəyannamədə göstərilən və 18 hədəfi, 48 göstəricini özündə əks etdirən 8 qlobal məqsədlərdən birincisi məhz ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılmasını nəzərdə tutur".Nazirliyin nümayəndəsi vurğulayıb ki, bəyannaməyə qoşulan bir ölkə kimi, Azərbaycan Respublikasında da bu öhdəliyin ölkə şəraitinə uyğun şəkildə icrasını təmin etmək məqsədilə 2003-cü il 20 fevral tarixində Heydər Əliyevin 854 nömrəli Fərmanı ilə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” təsdiq edildi: "Sonralar bu proqramlar davamlı olaarq qəbul edildi və uğurla icra olundu. Bu gün Azərbaycan yoxsuluğun aşağı səviyyədə olduğu ölkələrədn biridir, yəni ölkəmizdə yoxsulluq 5 faiz səviyyəsindədir.Ümumiyyətlə, Ulu öndər tərəfindən inzalanan 60-dan artıq sənəd müstəqil ölkədə sosial sahədə inkişafın təmin olunmasına xidmət etmişdir.Ümummilli lider Heydər Əliyev tərəfindən əlilliyi olan şəxslərin bərpa-müalicəsinə, tibbi-sosial reabilitasiyasına daim xüsusi diqqət və qayğı göstərilmişdir. əlilliyi olan şəxslər üçün bərpa-müalicə sisteminin yaradılması və təkmilləşdirilməsi istiqamətində işlər daim Ulu öndərimizin diqqətində olmuşdur. Əlilliyi olan şəxslərin sosial reabilitasiyasına, o cümlədən onların yaradıcılıq imkanlarının dəstəklənməsinə, istedadlı əlillərin cəmiyyətə təqdim olunmasına xidmət edən tədbirlərin təşkilinə daim diqqət və qayğı göstərən Ümummilli liderimiz Heydər Əliyev nə qədər gərgin iş rejimi olmasına baxmayaraq, əlilliyi olan insanların yaradıcılıqlarının nümayiş olunduğu ümumrespublika miqyaslı sərgi və baxış müsabiqələrə gəlir, onların sənət nümunələri ilə maraqlanır, yaradıcı əlillərlə həmsöhbət olurdu ki, bu da hər şeydən öncə bu təbəqədən olan insanlar üçün böyük mənəvi dəstəyə çevrilir, onların özlərini cəmiyyətin bərabərhüquqlu üzvləri kimi hiss edərək, yaşayıb-yaratmaq ruhunu yüksəldirdi.Müharibə əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların yeni mənzillərlə təminatı proqramına Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü, xeyir-duası və tapşırığı ilə başlanıb. 1997-ci ildə 81 nəfər müharibə əlili və şəhid ailəsi üçün çoxmənzilli yaşayış binası istifadəyə verildi. Ulu öndərin diqqət və qayğısı əlilliyi olan vətəndaşların avtomobillə, müxtəlif reabilitasiya avadanlıqları ilə təmintı proqramları ildən-ilə yüjkəslən xətlə davam etdi.30 iyun 2001-ci il tarixdə Bakının Mehdiabad qəsəbəsində müharibə əlilləri və şəhid ailələrinə hər birinin həyətyanı sahəsi olan 50 fərdi mənzilin təqdim olunması mərasimində iştirak edən Ümummilli lider Heydər Əliyev deyib: "Hər bir şəhid millətin mənəvi ucalığıdır. Şəhidlik milləti yüksəldən, milləti millət edən amillərdən biridir. Biz bunu yüksək qiymətləndirərək, şəhid olan insanın xatirəsini qəlbimizdə daim yaşatmalıyıq və eyni zamanda, onun ailəsinə yardımımızı göstərməliyik".1993-2003-cü illər Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna səfərbər olunması təmin edilərək, güclü sosial siyasət formalaşdırıldı. Pensiya və müavinətlərin 8 dəfə, muzdla işləyənlərin orta aylıq əməkhaqqının 6 dəfədən çox artırıldı. MDB məkanında ilk dəfə Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi, Demoqrafik İnkişaf Konsepsiyası qəbul olundu. Məşğulluq, əmək miqrasiyası və s. sahələrlə bağlı qanunların, əlilliyin qarşısının alınması və reabilitasiyası üzrə ilk dövlət proqramının qəbul edilməsi, pensiya təminatı sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurularaq təkmilləşdirilməsi üçün islahatlara başlanması təmin edildi".F.Talıbov sonda isə bildirib ki, Ümummili liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə və qlobal məkanda baş verən proseslər praqmatik mövqedən nəzərə alınmaqla uğurla davam etdirilməsi, Ulu öndərimizin əbədiyaşar ideyalarının, Azərbaycanın sabit və uzunmüddətli tərəqqi yolunu müəyyən edən inkişaf strategiyasının yüksək səviyyədə gerçəkləşdirilməsi ölkəmizin bütün istiqamətlər üzrə mühüm tarixi nailiyyətlərə imza atmasına səbəb olub: "Azərbaycan Cənubi Qafqazın güc mərkəzidir. Sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanı olan ölkəmiz ötən dövrdə iqtisadiyyatını dünya miqyasında rekord templərlə inkişaf etdirib, ümumi daxili məhsulunu 3,3 dəfə, o cümlədən sənaye istehsalını 2,6 dəfə, İxracını 4,7 dəfə, valyuta ehtiyatlarını 24 dəfə artırıb. Biznes mühitinin yaxşılaşdırılması, xarici sərmayədarlar üçün cəlbedici investisiya mühitinin yaradılması milli iqtisadiyyata yarısı xarici sərmayədən ibarət olmaqla təqribən 250 milyard dollar sərmayə qoyulması ilə nəticələnib. 2006-cı ildə Dünya Bankının “Doing Business” hesabatında 98-ci yerdə olmuş Azərbaycan aparılan köklü islahatlar, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində bu gün həmin hesabatda 25-ci yerdədir və ən islahatçı 10 ölkə sırasındadır. 2010-cu ildən Yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilən Azərbaycan bu gün dünyada yoxsulluğun 5 faizədək endirilməsinə nail olan 29 ölkədən biridir. Həmçinin Azərbaycan Minilliyin İnkişaf Məqsədləri üzrə yoxsulluğu yarıyadək azaldan 18 ölkədən biri olub. 2015-ci ildə Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi nailiyyətlərə görə ölkəmiz "Cənub-Cənub” mükafatına layiq görülüb.Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır”.

sia.az

Digər xəbərlər