Siyasət

  • 3 229

“Müxalifəti yenə də seçki uğursuzluğu gözləyir” RƏY-ÖZƏL

image

"Radikal müxalifət düşərgəsini təmsil edən bu şəxslərin elə istəyi parlament seçkilərinin keçirilməsi idi". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.Onun sözlərinə görə, artıq bu şans onlara verilib: "Gəlsinlər bu seçkilərdə iştirak etsinlər və öz qüvvələrini qoysunlar ortaya, doğurda da nəyə qadir olduqlarını göstərsinlər. Ancaq müxalifət düşərgəsini təmsil edən AXCP sədri Əli Kərimli, “Milli Şura”nıdı rəhbəri Cəmil Həsənli və digərləri öz imkanlarına və hörmətlərinə bəllədilər, yəni bilirlər ki, heç kəs bunlara səs verməyəcək və bu seçkilərdə uğursuzluğa düçar olacaqlar. Çünki insanlar bu adamları təxribatçı və milli maraqlara zərbə vurmağa çalışan şəxslər kimin tanıyır, eyni qaranlıq keçmişə malik olduqlarını bilirlər. Bir sözlə, sözügedən bu şəxslər xalqdan dəstək almırlar, xalqın onlara dəstəyi yoxdur. Sadəcə olaraq, bunlar ancaq xaricidə olan havadarlarının tapşırıqlarını yerinə yetirirlər. Məqsədləri də Azərbaycan dövlətinin əldə etdiyi uğurlara kölgə salmaq, ölkədə nə isə xoşagəlməz bir vəziyyət yaratmaq və bunun sayəsində də bəhrələnmək. Ancaq onların bu istəkləri heç vaxt həyata keçməyəcəkdir. Ümumiyyətlə, bu günə qədər müxalifət düşərgəsini təmsil edən bu şəxslər heç vaxt nə isə bir uğur qazana bilməyib və bundan sonra da qazana bilməyəcəklər. Bir sözlə, seçkilərə qatılsalar belə, onları yenə də seçki uğursuzluğu gözləyir".

sia.az

Digər xəbərlər