Siyasət

  • 3 552

"Gələcək nəsıl Heydər Əliyevin istədiyi çiçəklənən Azərbaycanı görəcək" ÖZƏL-MÜNASİBƏT

image

"Ümummilli Lider Heydər Əliyev Azərbaycanın qurucusu, yaradıcısı, ölkəmizi hər bir işdən xilas edən, Azərbaycanın inkişafına ən böyük töhfə verən bir şəxsiyyət olub. Ulu Öndərin 1993-cü ildə dönüşü Azərbaycanı bütövləşdirdi və ölkəmizə yenidən nəfəs verdi, Azərbaycanı yenidən dirçəltdi, ölkəmizi 200 dövlətin içərisində bir dövlət kimi təmsil etdi". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov deyib.Onun sözlərinə görə, Azərbaycan o zamanlar dilema qarşısında idi və olub-olmaması labüd deyildi: "Amma Ümummilli Lider Heydər Əliyevin1993-cü ilin ikinci yarısında dönüşü ilə bunların hamısı aradan qaldırıldı. Bütün Azərbaycan birmənalı bilməlidir ki, bu gün onun yaşayış tərzi məhz Ulu Öndərin ağlının, zəkasının, Heydər Əliyevin uzaqgörənliyinin nəticəsində alınıb. Ən böyük xoşbəxtlik onda oldu ki, Heydər Əliyev Azərbaycanı imperiyanın caynağından qurtarıb gəldi. İkinci xoşbəxtlik isə onda baş verdi ki, Heydər Əliyev 2 oktyabr 2003-cü ildə xalqa müraciət edərək məhz İlham Əliyevin prezident seçilməsini xalqa tövsiyyə etdi. Müdrik xalq bunu böyük mənada qəbul etdi və cənab İlham Əliyevi Prezident seçdi. Artıq 17 ildir ki, ölkə başçısı İlham Əliyev Prezidentdir. Bu 17 ildə xalqın maddi rifahının yaxşılaşması, şəhərlərimizin abadlaşması və s. hamısı məhz İlham Əliyevin apardığı daxili və xarici siyasətin nəticəsindədir. Buna görə də bu gün Azərbaycanda əminamanlıqdır. Ona görə də bütün xalq Prezidentin ətrafında birləşməli və ölkə başçısının apardığı siyasətə dəstək verməlidir. Bu gün Azərbaycan yüksək səviyyədə inkişaf edir. Ümidvaram ki, bütün Azərbaycanın gələcək nəsli Heydər Əliyevin istədiyi çiçəklənən Azərbaycanı görəcək və Azərbaycanın xoşbəxtliyi gələcək gənclərimizə mənsub olacaq”.

sia.az

Digər xəbərlər