Siyasət

  • 3 770

Suraxanıda gənc seçicilərlə görüş keçirilib

image

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının seçki qərargahında bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində gənc seçicilərlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bələdiyyə seçkilərinin mühüm əhəmiyyətini qeyd etmiş, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və sistemli islahatlar nəticəsində, ölkəmizin son illərdə qazandığı uğurlardan bəhs edərək cəmiyyətdə gənclərin rolundan danışıb.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxış edərək, ölkəmizdə alternativsiz siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarının həyata keçirdikləri təbliğat-təşviqat kampaniyasında yüksək seçki əhval-ruhiyyəsi müşahidə olunduğunu bildirib. Yeni Azərbaycan Partiyasının, əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də qalib gəlmək əzmində olduğunu vurğulayıb və partiyanın bələdiyyələrin işinin yüksəldilməsi üçün səmərəli tədbirlər həyata keçirdiyini qeyd edib.
Görüşdə çıxış edən fəal gənclərdən Zərnişan Abidova, Arzu Məmmədli, Eldar Mirzəliyev, rayon gənclər birliyinin sədri Fərəh Məcidzadə, Azərbaycanda ötən dövr ərzində, bələdiyyə institutunun formalaşdığını və bu seçki prosesində də gəncləriın rolunun əvəzsiz olduğunu qeyd etmiş, qarşıdan gələn bələdiyyə seçkilərində gənc namizədlərin say çoxluğunun iş prosesinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib və Yeni Azərbaycan Partiyası namizədlərinə uğurlar arzulayıb.
ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər