Siyasət

  • 4 080

Qusarlılar YAP-ın namizədlərinə səs verəcəklər

image

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində gənc seçicilərlə görüş keçirilib.

Tədbiri görüş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, rayon təşkilatının sədri David İbramxəlilov bələdiyyə seçkilərinin mühüm əhəmiyyətini qeyd edib. Ölkə Prezidenti İlham Əliyevin tərəfindən həyata keçirilən, dövlət siyasətinin nəticəsi olaraq, gənclərin idarəetmə orqanlarında və seçki proseslərindəki iştirakının durmadan artdığını qeyd edib.
Qusar Bələdiyyəsinin üzvlüyünə namizəd Əlfəddin İbrahimov, eləcə də, gənc seçicilər çıxış edərək, YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını və ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin uğurla inkişaf etdiyini vurğulayaraq, görülən işlərin müqabilində, xalqımız tərəfindən partiyamızın namizədlərinə səs verəcəklərini qeyd ediblər.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər