Siyasət

  • 3 866

Ağdaş rayonunda təbliğat kampaniyası uğurla davam edir

image

Ağdaş rayonunda bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat kampaniyası uğurla davam edir. Seçicilərlə növbəti görüşlər rayonun Qaradağlı və Gürcüva kəndlərində keçirilib.
Görüşləri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi İsa Eminov Bələdiyyə seçkilərində YAP tərəfindən Ağdaş rayonu üzrə 26 bələdiyyəyə 242 namizəd irəli sürüldüyünü bildirib. Yeni Azərbaycan Partiyasının növbəti bələdiyyə seçkilərinə "Xalq üçün" devizi altında çox ciddi proqramla getdiyini vurğulayan İ.Eminov görüş iştirakçılarını, ötən beş il ərzində, görülmüş işlərlə tanış edib. YAP-ın Seçki Proqramında öz əksini tapan və növbəti beş ildə həyata keçirilməsi nəzərdə tutulan layihə və işlər barədə danışıb. Qeyd edib ki, YAP-ın müasir Azərbaycan dövlətinin qurulmasında, xalqın rifahının ildən-ilə yüksəlməsində və ümummilli inkişafımızda əvəzolunmaz xidmətləri olmuşdur.
YAP Mərkəzi Seçki Qərargahı Ağdaş rayon şöbəsinin üzvü Elçin Əhmədov çıxışında qeyd edib ki, yerli idarəetmə institutu olan bələdiyyələrin ölkəmizdə formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır, məhz 1995-ci ildə qəbul olunmuş ilk müstəqil Konstitusiyamızda bələdiyyələrin fəaliyyəti üçün müvafiq qanunvericilik bazası formalaşıb: "Cəmiyyətimizdə rolu ildən-ilə artır və onların səmərəli fəaliyyətinin təşkili üçün zəruri qanunvericilik bazası və müvafiq strukturlar tam formalaşıb. Partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində, ölkəmizdə yerli özünüidarə orqanları olan bələdiyyələrin fəaliyyətinin genişlənməsi üçün münbit şərait yaranmışdır.
Qaradağlı Bələdiyyəsinin üzvlüyünə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Əli Musayev, seçicilərdən Həmidə Əliyeva, Aidə Səmədova və Mürşüd İsmayılov çıxışlarında YAP-ın müasir Azərbaycan dövlətinin qurulmasında, xalqın rifahının ildən-ilə yüksəlməsində və hərtərəfli inkişafımızda əvəzolunmaz xidmətlərindən danışıblar. Vurğulanıb ki, bütün seçki kampaniyalarında olduğu kimi, bələdiyyə seçkilərində də xalqımız YAP tərəfindən irəli sürülən namizədləri dəstəkləyəcək və YAP növbəti möhtəşəm uğurunu qazanacaq.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər