Siyasət

  • 3 566

İlham Məmmədov: Ümummilli Liderimiz Heydər Əliyev böyük tarixi şəxsiyyətdir

image

“Ümummilli Liderimiz Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev millətimizin və dövlətimizin gələcəyi naminə misilsiz xidmətlər göstərib». Bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyev hələ Sovet İttifaqının tərkibində respublikamızda rəhbər vəzifələrdə çalışdığı dönəmlərdə belə Azərbaycanın və azərbaycanlıların gələcəyini düşünüb və bu günümüz üçün böyük işlərin, layihələrin əsasını qoyub. Onun sözlərinə görə, ölkəmiz ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra düşdüyü çətin vəziyyətlərdən məhz Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində xilas olub.
“Xalqımızın şəhidlərin qanı bahasına qazandığı müstəqillik 1991-1993-cü illərdə süquta uğramaq təhlükəsində idi. Məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı. Ulu Öndərin sarsılmaz iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyuldu. Bu gün qürurla deməliyik ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan uğurla inkişaf edir. Ulu Öndərimizin layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasət milli maraqlarımıza xidmət edir. Möhtərəm Prezidentimizin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizin hərtərəfli inkişafında mühüm və misilsiz uğurlar qazanılıb və bu nailiyyətlər ardıcıl olaraq davam edir. Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində Azərbaycan möhtəşəm uğurlarını bundan sonra da davam etdirəcək”-deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər