Siyasət

  • 3 490

Hikmət Hacıyev: Ermənistan tərəfindən səsləndirilən ziddiyyətli bəyanatlar danışıqlar prosesinə ciddi xələl gətirir

image

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi davam etdirilir, lakin Ermənistan yenə də destruktiv siyasətini davam etdirir.

Bu fikri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaradır. İlk növbədə, Ermənistan tərəfindən səsləndirilən ziddiyyətli bəyanatlar danışıqlar prosesinə ciddi şəkildə xələl gətirir.
Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərinə toxunan Hikmət Hacıyev deyib ki, erməni jurnalistlərin Azərbaycana səfər edərək öz gözləri ilə gördükləri barədə erməni ictimaiyyətini məlumatlandırmaları vacib şərtlərdən biridir. Nəzərə almaq lazımdır ki, Ermənistanda dövlət səviyyəsində çox ciddi təbliğat aparılır, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsasları və səbəbləri ciddi şəkildə təhrif edilir. Belə bir şəraitdə münaqişə ilə bağlı Azərbaycanın baxışı barədə jurnalistlərin Ermənistan ictimaiyyətini məlumatlandırmalarına ehtiyac var idi. Bu əsasda da ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirildi. Bu, həyata keçirilən ilk təşəbbüslərdən biri idi. Azərbaycan və Ermənistan QHT-lərinin qarşılıqlı səfərlərinə dair təşəbbüslər barədə isə hələlik məlumat yoxdur”.

yap.org.az

Digər xəbərlər