Siyasət

  • 3 424

Mübariz Qurbanlı: Qazanılan bütün nailiyyətlərin əsasında Heydər Əliyev siyasəti dayanır

image

“Ulu Öndər Heydər Əliyevin anım günü xalqımız tərəfindən böyük ehtiramla yad edilir. Ümummilli Liderimiz Heydər Əliyev xalqımız üçün böyük bir siyasi irs, dövlətçilik məktəbi, dövlətçilik yolu müəyyənləşdirib”. Bu fikirləri YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Heydər Əliyev elə böyük şəxsiyyətdir ki, Onun xalqımız üçün gördüyü misilsiz işləri saymaqla bitirmək mümkün deyil. Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük tarixi şəxsiyyətlərdən biridir. Heydər Əliyev dövlət başçısı olması ilə bərabər çox həssas, insanlara qarşı çox diqqətcil idi. Heydər Əliyevdə əsl lider xüsusiyyətləri və keyfiyyətləri vardı. Bir sözlə, Ulu Öndər Heydər Əliyev bizim yaddaşımızda silinməz izlər qoyub. Bu gün yeni nəsil Heydər Əliyevin nəhəng fəaliyyətini, Onun zəngin irsini dərindən öyrənərək mənimsəməkdədir.
“Bu gün Azərbaycan nəinki regionun lider dövlətidir, eyni zamanda, dünyada böyük nüfuza sahibdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı bütün sahələri əhatə edir, əhalinin rifahı davamlı olaraq yüksəlir, Azərbaycan gücünü, qüdrətini daha da artırır. Ölkəmizin həyata keçirdiyi qlobal layihələr beynəlxalq miqyasda Azərbaycanın mövqelərini gücləndirir. Bu nailiyyətlərin əsasında Heydər Əliyev siyasəti dayanır. Biz Azərbaycan xalqı olaraq Ulu Öndərin əziz xatirəsini həmişə yad edirik və bundan sonra da edəcəyik”-deyə, M.Qurbanlı qeyd edib.

yap.org.az

Digər xəbərlər