Siyasət

  • 4 642

Zərdabda bələdiyyə seçkiləri uğurla davam edir

image

Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının Seçki Qərargahının təbliğat-təşviqat qrupu rayonun Dəkkəoba və Dəliquşçu kəndlərində seçicilərlə görüş keçirib.

Görüşü açan YAP Zərdab rayon təşkilatının aparat rəhbəri Səbuhi Kərimov qeyd edib ki, hər bir seçki prosesindən qələbə ilə çıxan Yeni Azərbaycan Partiyası Bələdiyyə seçkilərinə də tam hazırdır: «Partiyanın seçki proqramı mövcuddur. Həmin proqramda bələdiyyələrə namizədlərin qarşısında duran vəzifələr öz əksini tapıb.»
S.Kərimov "Xalq üçün" devizi ilə təşviqat kampaniyasına uğurla başlayan Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərin xalqımız tərəfindən yekdil dəstək alacağına inandığını bildirib. Qeyd edib ki, respublikamızda keçirilən hər bir seçki ölkəmizin demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməli işdə sübut edir.
Tədbirdə YAP Zərdab rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri, Vüsalə Kərimova, Mübariz Umarov, Ziyad Xancanov, Mənsim Pənahov, çıxış edərək seçkilərin yüksək səviyyədə, tam demokratik şəraitdə keçiriləciyini, hər bir seçicinin öz istədiyi namizədə sərbəst şəkildə səsvermə imkanına malik olduğunu vurğulayıblar.
Tədbirdə çıxış edən seçicilər bələdiyyə seçkilərində sabitliyin, stabilliyin, davamlı və dayanıqlı inkişafın sülhün və əmin-amanlığın qarantı olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər