Siyasət

  • 3 360

Ulu Öndər özündən sonra Azərbaycanın gedəcəyi yolu müəyyənləşdirdi

image

Ümummilli Lider Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bəşəriyyətin ən dahi şəxslərindən biri idi. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.Deputat bildirib ki, Heydər Əliyev dövrünün problemlərini həll etmək bacarığı, gələcəyə istiqamətlənən layihələr həyata keçirməsi, xalqla çox sıx bağlı olması, ən əsası isə xalqı və dövləti üçün strateji bir yol hazırlayıb layihələr işləməsi dünya tarixində diqqət çəkən bir hadisədir: “Heydər Əliyev Azərbaycan cəmiyyətinin yetirməsi idi. O Azərbaycan xalqının tarixini, potensialını yaxşı bilirdi. Heydər Əliyev rəhbərlik etdiyi bütün sahələrdə həmişə ciddi keyfiyyət dəyişikliklərinə nail ola bilirdi. Cəmiyyətin daha keyfiyyətli təhsil alması, müasir səhiyyə xidmətinə malik olması, problemsiz yaşaması üçün daim fəaliyyət göstərirdi və buna nail olurdu”.A.Mirzəzadə vurğulayıb ki, Heydər Əliyev sovet dövründə Azərbaycanı sanki müstəqillik dövrünə hazırladı: “Müstəqillik dövründə ciddi problemlə üzləşən bir ölkəni dünyanın nüfuzlu bir ölkəsinə çevirdi. Ulu Öndər özündən sonra Azərbaycanın gedəcəyi yolu müəyyənləşdirdi. Ölkəni bu yolla apara biləcək bacarıqlı bir siyasi komanda formalaşdırdı. Heydər Əliyev şəxsiyyətini keçmişdən sabaha, durğunluqdan inkişafa apara bilən siyasətin açarı adlandırmaq olar. Bu gün Heydər Əliyevin anılması Azərbaycan xalqının onun xalq üçün etdiklərinə görə dərin minnətdarlığının göstəricisidir.

sia.az

Digər xəbərlər