Siyasət

  • 3 991

YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkiləri ilə bağlı görüş keçirilib

image

Namiq Əhmədov: “Bələdiyyələrə gənclərin gəlişi yeni kreativ ideyaların meydana gəlməsinə, bu sahənin inkişafına öz töhfələrini verəcək”

13 dekabr tarixində Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı səhiyyə sahəsində çalışan seçicilərlə görüş keçiib. Partiyanın rayon təşkilatından SİA-ya daxil olan məlumata görə, görüşdə iştirak edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov öz çıxışında qarşıdan gələn 23 dekabr Bələdiyyə seçkilərində qadınların, gənclərin namizədliyinə üstünlük verilməsindən danışaraq, ölkəmizdə aparılan uğurlu islahatlar haqqında məlumat verib.
Onun sözlərinə görə, bütün sahələrlə yanaşı, səhiyyə sahəsində də uğurlu islahatlar həyata keçirilir və ümumiyyətlə, hər bir azərbaycanlı bu islahatları dərindən dəstəkləyir.
“Bu reallıq həm də onu sübut edir ki, dövlət başçımız cənab İlham Əliyev tərəfindən verilən qərarlar, həyata keçirilən çoxşaxəli islahatlar paketi eyni zamanda gənclər siyasətində də öz sözünü deyir”, bildirən Namiq Əhmədov bu il keçiriləcək bələdiyyə seçkilərində gənclərin fəallıqla iştirakını da yüksək qiymətləndirib: “Əlbəttə ki, gənclər bizim gələcəyimizdir və bələdiyyələrə gənclərin gəlişi yeni kreativ ideyaların meydana gəlməsinə, bu sahənin inkişafına öz töhfələrini verəcək”.
YAP Xəzər rayon təşkilatının sədri hər kəsi, o cümlədən səhiyyə işçilərini seçkilərdə aktiv olmağa dəvət edib.

Rövşən RƏSULOV

Digər xəbərlər