Siyasət

  • 5 082

Kamilə Əliyeva: Ölkəmizdə təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur

image

«Qabaqcıl ölkələrin elmi-texniki yeniliklərini mənimsəyən, müasir idarəçilik məktəbi keçən gənclərin formalaşması məsələsi zaman keçdikcə tarixi zərurətə çevrilir». Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, Ümummilli Lider Heydər Əliyevin respublikamızın müstəqil, milli ənənələrə və ümumbəşəri dəyərlərə, dünya təhsil standartlarına cavab verən təhsil sisteminin formalaşdırılması istiqamətində həyata keçirdiyi siyasət bu gün də əzmlə davam etdirilir.
«Azərbaycanda təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur və bundan səmərəli istifadə dövlət başçısı cənab İlham Əliyevin müəyyənləşdirdiyi başlıca prioritetlərdən biridir. Yüksək təhsil, bilik almaqla yaxşı mütəxəssis kimi yetişməyin vacibliyi fikrinin ictimai şüurda getdikcə möhkəmlənməsi milli təhsil sisteminin gələcəyi ilə bağlı kifayət qədər ürəkaçan mənzərə yaradır»- deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər